Əlixan Musayev:
Əgər onlar sizinlə birgə (döyüşə) çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır.
Bünyadov-Məmmədəliyev:
Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır!
Elmir Quliyev
:
Если бы они выступили в поход вместе с вами, то не прибавили бы вам ничего, кроме беспорядка, торопливо ходили бы между вами и сеяли бы между вами смуту. Среди вас есть такие, которые прислушиваются к ним (или подслушивают для них). Аллах знает беззаконников.
Ələddin Sultanov:
Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və nifaq salmaq üçün aranıza girərdilər. Sizin aranızda onlara qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır.
Kerbelayi Malik ağa:
Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizə fəsadı artırmalarından başqa bir şey etməzdilər. Sizin içinizdə fitnə çıxmasını istəyərlər və mütləq sizin aranızda səy göstərərlər. Sizin aranızda onları dinləyəcək olanlar var və Allah zalımları biləndir.
Ələsgər Musayev:
Əgər çıxsaydılar, artırardılar sizdə ancaq pozuntunu və
işlərinizə xələl qataraq sınağa çalışardılar. Sizdə onların
sözlərinə qulaq asanlar var və Allah zalimlərlə Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır.
Kövsər Tağıyev:
Əgər onlar da sizin aranızda (səfərə) çıxsaydılar, sizə fitnəkarlıqdan başqa bir xeyirləri toxunmayacaq və sizi fitnəyə salmaq üçün aranızda var-gəl edəcəkdilər. Aranızda onlara qulaq asacaq insanlar da var idi. Allah zalımları haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar sizinlə yola çıxsaydılar, sizdə yalnız çaşqınlığı artırar, tez aranıza soxularaq, içərinizdə iğtişaş törətməyə cəhd edərdilər. Sizin aranızda onlara qulaq asanlar da olar; Allah isə doğrudan da zalımları tanıyır!
Sabirə Dünyamalıyeva:
Əgər sizin aranızda çıxsaydılar, yalnız fitnə-fəsadı artıracaqdılar və həqiqətən aranıza sosial bəla salmaq üçün tələsəcəkdilər. Aranızda onlara qulaq asacaq [kəslər] də var idi. Və Allah, o səhv iş görənləri; öz zərərlərinə olan əməli işləyənləri çox yaxşı biləndir.