Əlixan Musayev:
Bizə vəhy olundu ki, əzab (haqqı) yalan sayıb üz döndərənlərə veriləcəkdir!”
Bünyadov-Məmmədəliyev:
Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peyğəmbərləri) yalan hesab edənləri və (haqdan) üz döndərənləri (axirətdə) əzab gözləyir!”
Elmir Quliyev
:
Мы получили откровение о том, что мучениям подвергнется всякий, кто счел истину ложью и отвернулся".
Ələddin Sultanov:
Şübhəsiz, bizə: “(Peyğəmbərləri) yalanlayıb haqq yoldan üz çevirənlərə əzab veriləcəkdir!” - deyə vəhy olunmuşdur.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, yalanlayanların və üz çevirənlərin üzərinə əzab olduğu bizə vəhy olundu.
Ələsgər Musayev:
Həqiqətən, bizə vəhy edildi ki, əzab üzərinədir o kəsin ki, yalan
sayır və üz döndərir!”»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən bizə vəhy olunub ki, (Allahın) əzab(ı Onun nişanələrini və peyğəmbərlərinin çağırışlarını) təkzib edən və (haqdan) üz döndərən kəs üçündür.
Kövsər Tağıyev:
“Həqiqətən, əzabın inkar edən və üz döndərənlərin üzərinə olacağı bizə vəhy olundu”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizə vəhy olunmuşdur ki, əzab, (gətirdiklərimizi) yalan hesab edib üz döndərənlərə olacaqdır",
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, biz; həqiqətən bizə, təkzib edənlərə və arxasını çevirənə əzab olacağı vəhy edilmişdir’ deyin." dedi.