Nisa Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.
Bünyadov-Məmmədəliyev:
Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.
Elmir Quliyev :
Воистину, Аллах не прощает, когда к Нему приобщают сотоварищей, но прощает все остальные (или менее тяжкие) грехи, кому пожелает. Кто же приобщает сотоварищей к Аллаху, тот измышляет великий грех.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah Ona şirk qoşulmasını bağışlamaz. Bunun xaricindəki şeyləri dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şirk qoşsa, o təqdirdə böyük bir günah işləyərək böhtan atmışdır.
Ələsgər Musayev:
Həqiqətən, Allah bağışlamaz ki, Onun ilə şərik qərar verələr bağışlayar bundan başqasını kimin üçün istər. Kim şərik qərar verir Allah ilə, fəqət iftiradır günah əzəmətli.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah özünə şərik qoşulmasını əsla bağışlamaz. Bunun xaricində qalan (günah)ları isə istədiyi kimsə üçün bağışlayar. Allaha şirk qoşan kimsə, şübhəsiz, böyük bir günah işləyərək iftira etmiş olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən Allah Özünə şərik qoşulmasını bağışlamaz. Lakin O, istədiyi kəsə bundan başqa (günahları) bağışlayar. Allaha şərik qoşan çox böyük günah işlətmiş olur.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bunun altındakı [bundan kiçik] günahları istədiyi kəslər üçün bağışlayar. Kim Allaha şərik qəbul etsə, şübhəsiz, çox böyük bir günah işləmiş olar.