Əlixan Musayev:
Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Artıq Allah qullar arasında hökmünü vermişdir”– deyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Təkəbbür göstərənlər deyəcəklər: “Biz hamımız oradayıq (cəhənnəm odundayıq). Allah artıq Öz bəndələri arasında (lazımi) hökmünü vermişdir! (Buna heç bir çarə yoxdur!)”
Elmir Quliyev
:
Те, которые превозносились, скажут: "Все мы — в нем. Воистину, Аллах уже рассудил между рабами".
Ələddin Sultanov:
Təkəbbürlənənlər: “Biz hamımız cəhənnəmin içindəyik. Şübhəsiz ki, Allah qulların arasında hökmünü vermişdir!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Təkəbbürlənənlər dedi ki: ‘Şübhəsiz ki, biz hamımız onun (atəşin) içindəyik. Allah artıq qulları arasında hökm vermişdir.’
Ələsgər Musayev:
O kəslər ki, təkəbbürlü idilər, dedilər: «Küllimiz ondayıq.
Həqiqətən, Allah hökm etdi bəndələri arasında!»
A.Mehdiyev və D.Cəfərli:
Təkəbbür göstərənlər deyərlər: «Biz hamılıqla buradayıq. Həqiqətən Allah bəndələrinin arasında hökmünü vermişdir (və bir nicat yolu yoxdur).»
Kövsər Tağıyev:
Təkəbbür göstərənlər isə belə deyərlər: “Biz hamımız atəşin içindəyik. Şübhəsiz, Allah qullar arasında (belə) hökm vermişdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Təkəbbürlülər deyərlər: "Biz hamımız cəhənəm odu içərisindəyik. Artıq Allah bəndələr arasında hökmünü vermişdir!"
Sabirə Dünyamalıyeva:
Təkəbbür göstərənlər: "Şübhəsiz ki, hamımız onun içindəyik. Şübhəsiz ki, Allah qullar arasında hökmünü vermişdir" dedilər.