Əlixan Musayev:
Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. İman gətirib (əməllərini) islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
Elmir Quliyev
:
Мы отправляем посланников только добрыми вестниками и предостерегающими увещевателями. Те, которые уверовали и совершали праведные деяния, не познают страха и не будут опечалены.
Ələddin Sultanov:
Biz peyğəmbərləri ancaq müjdələyən və xəbərdar edənlər olaraq göndəririk. Kim iman gətirib özünü islah edərsə, onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
Kerbelayi Malik ağa:
Biz rəsulları ‘xəbərdarlıq edən və müjdələyənlər’ olmaqdan başqa (bir şey üçün) göndərmərik. Artıq kim amənu olar (Allaha təslim olmağı dilərsə) və islah olarsa (nəfsini islah edərsə) artıq onlara qorxu yoxdur, onlar qəmgin də olmazlar.
Ələsgər Musayev:
Biz mürsəlləri göndəririk ancaq bəşarət verənlər və nəzərə çatdıranlar. Kim inanıb və islah edərsə, yoxdur onların üzərində xof və olmayacaqlar onlar hüznlü!
A.Mehdiyev və D.Cəfərli:
Biz Öz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur və onlar əsla qəmgin olmayacaqlar.
Kövsər Tağıyev:
Biz peyğəmbərləri ancaq müjdə verənlər və xəbərdar edənlər olaraq göndəririk. Kim iman edər və özünü düzəldərsə, onlara qorxu yoxdur. Onlar məhzun da olmayacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz peyğəmbərləri yalnız müjdə verən və xəbərdarlıq edənlər olaraq göndəririk. Hər kim iman gətirib islah olunarsa onlar üçün nə bir qorxu, nə də qəm-qüssə vardır.
Sabirə Dünyamalıyeva:
Və Biz elçiləri, ancaq müjdə vermək və xəbərdarlıq etmək üçün göndəririk. Artıq kim iman etsə və [özünü] düzəltsə, artıq onlara heç bir qorxu yoxdur. Onlar qəm-qüssə də görməzlər.