Ənfal Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman şeytan onların əməllərini özlərinə gözəl­ göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.
Bünyadov-Məmmədəliyev:
O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən sizin (pənahınız) dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” demişdi.
Elmir Quliyev :
Вот дьявол приукрасил для них их деяния и сказал: "Сегодня никто из людей не одолеет вас. Воистину, я ваш защитник". Но когда два отряда увидели друг друга, он повернул вспять и сказал: не причастен к вам. Воистину, я вижу то, чего вы не видите. Я боюсь Аллаха, ведь Аллах суров в наказании".
Ələddin Sultanov:
O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur əlbəttə, mən sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!”
Kerbelayi Malik ağa:
Şeytan onlara əməllərini gözəl göstərdi. Belə dedi: ‘Bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur. Şübhəsiz ki, mən sizə yardım edənəm.’ Lakin iki dəstə (bir-birini) gördüyü zaman iki topuğu üzərində arxasına dönüb qaçdı ‘Mən sizdən uzağam. Həqiqətən mən sizin görmədiyiniz şeyləri görürəm. Şübhəsiz ki, mən Allahdan qorxuram.’ dedi. Allah əzabı şiddətli olandır.
Ələsgər Musayev:
Onda şeytan onların əməllərini onlara zinətli etdi dedi: «Insanlar içərisində bu gün sizə qalib gələn yoxdur mən sizin qonşunuzam!» Amma elə ki, iki dəstə göründü, o, dabanı üstə qayıtdı dedi: «Mən uzağam sizdən. Həqiqətən, ki, mən görürəm, onu siz görmürsünüz. Həqiqətən, mən xoflanıram Allahdan həqiqətən, Allah şiddətlidir iqaba!»
A.Mehdiyev və D.Cəfərli:
(xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü dedi: «Mən sizdən uzağam (mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram Allah şiddətli cəza verəndir».
Kövsər Tağıyev:
Şeytan onlara etdiklərini süslü göstərmiş və: “Bu gün artıq insanlardan sizə qalib gələcək (heç kim) yoxdur, mütləq mən sizə yardımçıyam”, demişdi. Lakin iki tərəf (savaş meydanında) üz-üzə gəldiyi zaman (şeytan) geri dönüb: “Mən sizdən uzağam. Çünki mən sizin görmədiyiniz şeylər (mələklər) görürəm. Mən Allahdan qorxuram. Allahın cəzası şiddətlidir”, demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman şeytan onların əməllərini özləri üçün bəzəyərək dedi: "Bu gün sizə insanlardan heç kəs qalib gələ bilməz, çünki mən sizin qonşunuzam". Elə ki, iki dəstə bir-birinə göründü, o geri çəkilərək dedi: "Sizin mənə heç bir dəxliniz yoxdur. Sizin görə bilmədiklərinizi mən görürəm. Mən Allahdan qorxuram, Allah isə şiddətli cəza verəndir!"
Sabirə Dünyamalıyeva:
o pis niyyətli sərkərdə onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur mən sizin köməkçinizəm." Sonra da, zaman ki, iki dəstə bir-birini gördü, o, dabanları üstündə geriyə döndü və: "Həqiqətən, mən sizdən uzağam. Şübhəsiz ki, mən sizin görmədiyinizi görürəm, şübhəsiz ki, mən Allahdan qorxuram" dedi. Allahın [bir işi] nəticələndirməsi/cəzalandırması şiddətlidir.