Əlixan Musayev:
Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (yanınızda saxlamağa) haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara (talaq) haqlarını verin və gözəl tərzdə sərbəst buraxın.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. (Onları evlərinizdə saxlayıb gözləmə müddətini başa vurmağa məcbur etməyin. Aranızda yaxınlıq olmadığı üçün nə vaxt istəsələr, o vaxt da başqasına ərə gedə bilərlər). Belə olduqda onlara bir şey (mehrin yarısını və ya bir az mal) verib gözəl tərzdə sərbəst buraxın!
Elmir Quliyev
:
О те, которые уверовали! Если вы вступаете в брак с верующими женщинами, а затем объявляете им развод до того, как вы коснулись их, то они не обязаны перед вами выжидать срок. Одарите их и отпустите их красиво.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da toxunmadan (cinsi əlaqədə olmadan) əvvəl onları boşasanız, onlar üçün gözləmə müddəti saymağınıza ehtiyac yoxdur. Ona görə də onlara faydalanacaqları bir şey verin və gözəl bir şəkildə onları sərbəst buraxın! (Cinsi əlaqədə olmadan boşanmış bir qadına dahə əvvəl təyin edilmiş mehrin yarısı verilir və ya bir bəxşiş verilir ki, bunun müəyyən bir miqdarı yoxdur. Bu şəkildə boşanmış bir qadın iddət dövrünü gözləmədən evlənə bilər.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Mömin qadınları nikah bağlayıb sonra da onları təmas etmədən əvvəl boşadığınız zaman artıq sizin üçün onun iddətini sayacağınız bir müddəti yoxdur. Beləcə onlara haqlarını verin (mehirlərini verin) və onları gözəl bir tərzdə boşayın.
Ələsgər Musayev:
Ay o
kəslər ki, inanırsınız! Onda ki, nigah edirsiniz inanan qadınlara,
sonra onlara toxunmamışdan qabaq talaq verirsiniz, onda
yoxdur sizin üçün onların üzərində müddəti saxlamaq, hansı ki,
siz onu hesab edərdiniz. Mətahlandırın onları və gözəl tərzdə
sərbəst buraxın.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, möminə qadınlarla nigah bağlayıb sonra da cinsi əlaqədə olmadan onlara təlaq versəniz, beləliklə sizin onların öhdəsində olan bir «iddə»niz yoxdur ki, onun (günlərini) sayasınız. Beləliklə (əgər mehriyyə təyin olunmuşsa mehriyyənin yarısını verməklə, mehriyyə təyin olunmayıbsa onların şə’nlərinə uyğun olan bir məbləğ verməklə) onları bəhrələndirin və onları ən gözəl bir tərzdə sərbəst buraxın (boşayın).
Kövsər Tağıyev:
Ey iman edənlər! Mömin qadınlarla nikah bağlayıb sonra onlara toxunmadan (cinsi əlaqədə olmadan) onları boşadığınız zaman onlar üzərində sizin hesablayacağınız bir iddət haqqınız yoxdur. Bu halda onlara mütə verin və onları gözəl bir şəkildə buraxın.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra isə toxunmazdan əvvəl onları boşasanız, onda sizin onlar üçün idda [gözləmə müddəti] saymağa haqqınız yoxdur. Onların (boşanma) haqlarını verin və xoşluqla azad buraxın.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Mömin qadınları nikahlayıb, sonra da onlara toxunmadan boşadığınız zaman, artıq sizin üçün onların üzərlərində bir gözləmə müddəti saymağa ehtiyac yoxdur. Dərhal onları bəhrələndirin və onları gözəl bir şəkildə sərbəst buraxın.