Əlixan Musayev:
Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara (belə) izah edir.
Bünyadov-Məmmədəliyev:
Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!
Elmir Quliyev
:
Он — Тот, Кто даровал солнцу сияние, а луне — свет. Он установил для нее фазы, чтобы вы могли вести летосчисление и знали счет. Все это Аллах сотворил только ради истины. Он разъясняет Свои знамения для людей знающих.
Ələddin Sultanov:
Günəşi işıqlı, ayı parlaq edən, illərin sayını və hesabı bilməyiniz üçün aya mənzillər təyin edən Odur. Allah bunları haqq olaraq yaratdı. O, bilib düşünən bir qövm üçün ayələri açıq şəkildə izah edir.
Kerbelayi Malik ağa:
Günəşi işıq, Ayı nur edən Odur. İllərin sayını və hesabını bilməyiniz üçün ona mənzillər təyin etdi. Allah nə yaratdısa, ancaq beləcə haqq ilə yaratdı. Bilən bir qövm üçün ayələri ayrı-ayrı açıqlayar.
Ələsgər Musayev:
O Odur ki, etdi şəmsi ziyalı və qəməri
nurlu və ona mənzillər təyin etdi, ta illərin sayını və hesabını
biləsiniz. Allah bunları haqq olaraq yaratdı. Fəsillərlə edir
ayətlərini bilən qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
Günəşi işıqlı və ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə onun üçün (yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır.
Kövsər Tağıyev:
O, günəşi bir işıq (mənbəyi), ayı isə (gecə vaxtı) bir aydınlıq (mənbəyi) olaraq yaradan, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər müəyyən edəndir. Allah bunları (əbəs yerə yox) ancaq haqq ilə (hikmətlə) yaratmışdır. O, bilən bir topluluğa ayələrini müfəssəl açıqlayır.
M.Qənioğlu və T.Bilaloğlu:
Günəşi ziya [işıq mənbəyi], ayı nur [o işığı əks etdirən] edən, illərin sayını və hesabı bilməniz üçün ona [aya] mənzillər [dayanacaqlar] müəyyən edən Odur. Allah yalnız haqq olaraq və anlayan insanlara ayələri aydınlaşdıra-aydınlaşdıra bunları yaratmışdır.
Sabirə Dünyamalıyeva:
O, günəşi bir aydınlıq, ayı bir işıq edən və illərin sayını və hesabını biləsiniz deyə, aya mənzillər müəyyən edəndir. Allah bunu ancaq haqq olaraq əmələ gətirmişdir. O, bilən bir tayfa üçün ayələri müfəssəl surətdə izah edir.