Əlixan Musayev:
Biz Musanı möcüzələrimizlə göndərib( ona): “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Şübhəsiz ki, bunda çox səbr və şükür edənlər üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Biz Musaya: “Tayfanın (İsrail oğullarını) zülmətdən nura çıxart və Allahın (vaxtilə onlara nemət verdiyi) günlərini xatırlat. Bunda çox səbr və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” (deyib) onu möcüzələrimizlə (peyğəmbər) göndərdik.
Elmir Quliyev
:
Мы отправили Мусу (Моисея) с Нашими знамениями и повелели: "Выведи свой народ из мраков к свету и напомни им дни Аллаха". Воистину, в этом — знамения для каждого терпеливого и благодарного.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz Musanı da öz qövmünü qaranlıqlardan aydınlığa çıxartması və onlara Allahın günlərini (nemətlərini) xatırlatması üçün möcüzələrimizlə göndərdik. Həqiqətən, bunda çox səbir edib şükür edən hər kəs üçün ibrətlər vardır.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz Musa (ə.s)i: ‘Qövmünü qaranlıqlardan nura çıxart və onlara Allahın günlərini xatırlat (onlara Allahın günləri boyunca zikr etdir).’ deyə ayələrimizlə (möcüzələrimizlə) göndərdik. Şübhəsiz ki, bunda şükür edib səbir edənlərin hamısı üçün ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
Göndərdik Musanı ayətlərimizlə ki:
«Xaric et qoumunu zülmətdən nura tərəf və yad et onlara
Allahın günlərindən! Həqiqətən, bunda külli səbr edən və şükr
edənlər üçün ayətlər vardır!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır.
Kövsər Tağıyev:
And olsun, Biz Musanı da “Qövmünü qaranlıqlardan aydınlığa çıxar və onlara Allahın (keçmiş millətləri cəzalandırdığı) günlərini xatırlat” deyə ayələrimizlə göndərdik. Şübhəsiz ki, bunda, çox səbir edən, çox şükür edən hər kəs üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musanı möcüzələrimizlə göndərdik (və dedik): "Camaatını zülmətlərdən işığa çıxart və Allahın günlərini [əvvəlkilərə göstərdiyi müsibət günlərini] onların yadına sal. (Bil ki,) bunda hər bir səbr və şükr edən üçün ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki Musanı, "Qövmünü zülmətdən nura çıxart, onlara Allahın günlərini [yadlarına salmaqla] öyüd-nəsihət ver" deyə ayələrimizlə elçi göndərdik. Şübhə yox ki, bunda, çox səbr edən və özünə verilən nemətlərin əvəzini çox-çox ödəyən hər kəs üçün nə qədər işarətlər/nişanələr vardır.