Səcdə Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.
Bünyadov-Məmmədəliyev:
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr.
Elmir Quliyev :
Он управляет делами с неба до земли, а затем они опять восходят к Нему в течение дня, который продолжается тысячу лет по тому, как вы считаете.
Ələddin Sultanov:
O, göydən yerə qədər hər bir işi idarə edir. Sonra (bütün işlər) sizin hesablamanıza görə min il qədər olan bir gündə Ona doğru yüksələr. (Bəzi təfsirçilərə görə, Allah dərgahındakı bir günün, insanların hesabladığı müəyyən bir müddətə bərabərliyi yoxdur. Yuxarıdakı ayədə, Allah dərgahındakı bir günün insanların hesabladığı min il kimi olduğu ifadə edildiyi halda, “Məaric” surəsində Allah dərgahındakı bir günün, insanların nəzdindəki əlli min il kimi olduğu bildirilir. Yəni, “gün” ifadəsi ilə müddətin uzunluğuna işarə edilir.)
Kerbelayi Malik ağa:
Göydən yerə qədər əmri ilə tədbir edər (idarə edər). Sonra bir gündə Ona yüksələr ki, (o bir günün) müddəti sizin (dünya ölçülərinə görə) saymağınızla 1000 ildir.
Ələsgər Musayev:
O əmrini səmadan ərzə tərəf təyin edir. Sonra qayıdır ona tərəf o gün ki, onun miqdarı sizin saydığınız min ildir.
A.Mehdiyev və D.Cəfərli:
O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunar).
Kövsər Tağıyev:
Göydən yerə qədər bütün işləri Allah idarə edir. Sonra bu işlər müddəti sizin hesabınızla min il olan bir gündə ona yüksəlir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, göydən yerə qədər bütün işləri idarə edir, sonra da onlar [işlərin nəticəsi] sizin saydığınız (illərdən) min ilə barabər olan bir gün [qiyamət günü] Ona qalxıb (ərz olunar).
Sabirə Dünyamalıyeva:
Allah, göydən yerə, sistemləri [işləri] tənzimləyər, sonra da bu sistemlər, sizin saydığınız min ilə bərabər olan bir gündə Allaha yüksələr; geri qayıdar, sistem çökər, pozular.