Zümər Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, göyləri yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü gecəyə bürüyür. O, günəşi ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır.
Bünyadov-Məmmədəliyev:
(Allah) göyləri yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır!
Elmir Quliyev :
Он сотворил небеса и землю ради истины. Он обвивает ночью день и обвивает днем ночь. Он подчинил солнце и луну. Все они движутся к назначенному сроку. Воистину, Он Могущественный, Всепрощающий.
Ələddin Sultanov:
Allah göyləri yeri haqq ilə yaratdı. O, gecəni gündüzə, gündüzü gecəyə bürüyür. Günəşi ayı da (sizə) ram etdi. Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir. Bilin ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
Kerbelayi Malik ağa:
(Allah) göyləri yeri haqq ilə yaratdı. Gecəni gündüzə, gündüzü gecəyə çevirər. Günəşi Ayı əmrə tabe etdi. Hamısı təyin olunmuş bir zamana qədər (orbitlərində) axar (gedər). O, Əzizdir, Ğaffardır deyilmi?
Ələsgər Musayev:
Xəlq etdi səmaları ərzi haqq ilə. Dolandırır gecəni gündüzün üzərində dolandırır gündüzü gecənin üzərində ram etdi şəmsi qəməri küllisi caridir toxunan əcəl üçün. O Əzizdir, Ğəfurdur!
A.Mehdiyev və D.Cəfərli:
Göyləri yeri haqq olaraq (və uca ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim bölgələrə münasib şəkildə tədricən) gündüzə gündüzü gecəyə bürüyür. Günəş ayı (öz iradəsi altında bəndələrinin xeyrinə) ram etmişdir. Onların hər biri (özünün düz ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi çox bağışlayan Odur!
Kövsər Tağıyev:
Göyləri yeri haqq hikmətə uyğun olaraq yaratmışdır. Gecəni gündüzün üzərinə örtür, gündüzü gecənin üzərinə örtür. Günəşi ayı qoyduğu qanunlara ram etmişdir. Bunların hər biri müəyyən bir vaxta qədər axıb gedir. Yaxşı bilin ki, o, mütləq güc sahibidir, çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
O, göyləri yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə gündüzü gecəyə bükər. O, günəşi ayı əmrə tabe etdi; hərəsi müəyyən edilmiş vaxta qədər hərəkət edər. O, qüdrətlidir, bağışlayandır!
Sabirə Dünyamalıyeva:
Bir olan, qəhr edən Allah göyləri yeri haqq ilə meydana gətirdi, gecəni gündüzün üstünə bürüyür, gündüzü gecənin üstünə bürüyür. Günəşi ayı faydanıza olan quruluş sistemdə yaradaraq xidmətinizə vermişdir. Hamısı da müəyyən bir möhlətin sonuna doğru axıb getməkdədir. Yaxşı bilin ki, O, çox güclü çox bağışlayandır.