Əlixan Musayev:
Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Небеса готовы разверзнуться сверху (от величия Аллаха; или от многочисленных ангелов; или от слов многобожников). Ангелы прославляют хвалой своего Господа и просят прощения для тех, кто на земле. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Göylər (Allahın əzəmətindən) az qala üst tərəfindən çatlayacaqdı. Mələklər də həmd ilə Rəbbini təsbeh edir və yerdəkilərin bağışlanmasını diləyirlər. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Göylər az qalır üstlərindən parçalansın. Mələklər Rəblərini həmd ilə təsbeh edərlər, yer üzündə olan kimsələr üçün məğfirət diləyərlər. Allah həqiqətən Ğafur və Rəhimdir, elə deyilmi?
Ələsgər Musayev:
Az qaldı səmalar yarılsın fövqlərindən və mələklər saya
salırlar həmd ilə Rəblərini və ərzdə olan kəslər üçün
bağışlanmaq istəyirlər. Ə, məgər yoxmu? Həqiqətən, Allah – O
Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman) göylər az qalır yuxarılarından (vəhy nazil olan tərəfdən) yarılsın. Və mələklər Rəbblərinə şükr etməklə birlikdə həmişə Onu (hər bir nöqsan və eybdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən bağışlayan və mehriban məhz Allahdır.
Kövsər Tağıyev:
Az qala göylər (onun əzəmətindən) üstlərindən çatlayacaqlar. Mələklər isə Rəblərini həmd ilə təsbih edərlər və yer üzündəkilər üçün bağışlanma diləyərlər. Yaxşı bilin ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylər onların başı üzərində (Allahın əzəmətindən) az qala çatlayır, mələklər isə öz Rəbbinin şəninə həmd ilə təriflər deyir və yerdə olanlar üçün bağışlanma diləyirlər. Bilinməlidir ki, Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Göylər üstlərində az qala çatlayacaq. Bütün güclər isə Rəbbini öyməklə birlikdə, nöqsan sifətlərdən münəzzəh qılırlar və yer üzündə olan insanlar üçün bağışlanma diləyirlər. Gözünüzü açın! Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.