Əlixan Musayev:
Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?
Bünyadov-Məmmədəliyev:
Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Quranla sizə öyüd-nəsihət verməməliyikmi?!)
Elmir Quliyev
:
Неужели Мы отвратим от вас Напоминание (Коран) из-за того, что вы — народ излишествующий?
Ələddin Sultanov:
Həddi aşan bir qövm oldunuz deyə Quranı sizə təbliğ etməkdən vazmı keçək?!
Kerbelayi Malik ağa:
Siz həddi aşan bir qövm oldunuz deyə, zikri sizə çatdırmaqdan vaz keçməliyik?
Ələsgər Musayev:
Ə, çevirək sizdən zikri
ondan ötrü ki, siz israfkar qoumsuz?
A.Mehdiyev və D.Cəfərli:
Siz həddini aşan bir dəstə olduğunuz üçün başdan ayağa öyüd-nəsihət olan bu kitabı nifrət üzündən sizdən geriyəmi qaytaraq?
Kövsər Tağıyev:
Həddi aşan topluluq oldunuz deyə Zikrlə (Qur`anla) sizi xəbərdar etməkdən əl çəkək?
M.Qənioğlu və T.Bilaloğlu:
Siz həddini aşmış adamlarsınız deyə Biz Zikri [Quranı] sizə çatdırmaqdan məgər əl çəkməliyik?
Sabirə Dünyamalıyeva:
Yaxşı, siz həddinizi aşan bir qövm oldunuz deyə, Biz, o Öyüdü/Quranı sizə göndərməkdən vaz keçməliyikmi?