Əlixan Musayev:
Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır.
Bünyadov-Məmmədəliyev:
Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə qoyduqlarının (Quranın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!
Elmir Quliyev
:
Они сочли ложью истину, когда она явилась к ним, но до них дойдут вести о том, над чем они насмехались.
Ələddin Sultanov:
Onlara haqq gəldiyi vaxt onu yalan saydılar. Ancaq məsxərəyə qoyduqlarının xəbərləri tezliklə onlara gələcəkdir.
Kerbelayi Malik ağa:
Beləcə onlara haqq gəldiyi zaman onu yalanlamışdılar. Lakin istehza etdikləri şeyin xəbərləri yaxında onlara gələcək.
Ələsgər Musayev:
Fəqət yalan saydılar haqqı, onda ki, onlara gəldi. Gələcək onlara xəbəri nə ki, oldular onunla istehza edənlər!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən onlar haqq (Qur’an və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir.
Kövsər Tağıyev:
Haqq (Qur`an) onlara gəldiyi zaman onu yalan saydılar. Lakin istehza etdikləri şeyin xəbərləri onlara gələcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara haqq gəldikdə belə onu yalan hesab etdilər. Lağa qoyduqları (əzabın) xəbəri onlara gəlib çatacaqdır.
Sabirə Dünyamalıyeva:
Sonra da onlara haqq gəldikdə onu həqiqətən yalan hesab etdilər. Artıq istehza etdikləri şeylərin vacib xəbərləri tezliklə onlara gələcəkdir.