Talaq Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, (Allah )onun (günahlarından) keçər onun mükafatını artırar.
Bünyadov-Məmmədəliyev:
Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü örtər (axirətdə) mükafatını artırar.
Elmir Quliyev :
Таково повеление Аллаха, которое Он ниспослал вам. Тому, кто боится Аллаха, Он простит злодеяния и увеличит награду.
Ələddin Sultanov:
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun pis əməllərinin üstünü örtər onun mükafatını artırar.
Kerbelayi Malik ağa:
Bu Allahın sizə nazil etdiyi əmridir. Kim Allaha qarşı təqva sahibi olarsa, onun günahlarını örtər onun mükafatını artırar.
Ələsgər Musayev:
Bu, əmridir Allahın; O nazil etdi onu sizə. Kim qorxarsa Allahdan, O örtər onun pisliklərinin üstünü artırar onun üçün əcrini.
A.Mehdiyev və D.Cəfərli:
Bu (hökmlərin hamısı) Allahın sizə nazil etdiyi hökmüdür. Kim Allahdan qorxsa, Allah onun günahlarını örtər onun mükafatını böyük edər.
Kövsər Tağıyev:
Bax bu, Allahın sizə endirdiyi əmridir. Kim Allaha qarşı gəlməkdən çəkinərsə, Allah onların pisliklərini örtər onun mükafatını böyüdər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, Allahın sizə nazil etdiyi əmrdir. Hər kim Allahdan qorxarsa, O, onun pisliklərini [günahlarını] örtər mükafatını böyük edər.
Sabirə Dünyamalıyeva:
Bax bu, Allahın sizə nazil etdiyi hökmüdür. Kim Allahın mühafizəsi altına daxil olsa, Allah onun pisliklərini örtər onun mükafatını artırar.