Hud Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ad qövmünə qardaşları Hudu (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Siz ancaq iftira yaxırsınız.
Bünyadov-Məmmədəliyev:
Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə (Allaha şərik qoşmaqla) yalnız iftiraçısınız!
Elmir Quliyev :
Мы отправили к адитам их брата Худа. Он сказал: мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас иного божества, кроме Него. Вы же измышляете ложь.
Ələddin Sultanov:
Ad qövmünə qardaşları Hudu (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Siz yalnız (Allaha) böhtan atırsınız.
Kerbelayi Malik ağa:
Ad qövmünə onların qardaşı Hud (ə.s) (belə) dedi: ‘Ey qövmüm, Allaha qul olun! Sizin Ondan (Allahdan) başqa İlahınız yoxdur. Siz ancaq iftira atanlarsınız (uyduranlarsınız).’
Ələsgər Musayev:
Ada tərəf - qardaşları Hudu. Dedi: «Ay qoumum! Ibadət edin Allaha! Sizin üçün Ondan qeyri Ilahi yoxdur. Həqiqətən, siz ancaq iftira edirsiz.
A.Mehdiyev və D.Cəfərli:
Ad qövmünə (qan ya qəbilə) qardaşları Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Həqiqətən siz (bütləri Allaha şərik qoşmaqda) yalnız iftiraçılarsınız».
Kövsər Tağıyev:
Ad qövmünə qardaşları Hudu göndərdik. Hud belə dedi: “Ey qövmüm! Allaha qulluq edin. Ondan başqa sizin heç bir ilahınız yoxdur. Siz yalnız iftira edirsiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ad tayfasına onların qardaşı Hudu (göndərdik). O dedi: "Ey camaatım, Allaha ibadət edin! Sizin üçün Ondan başqa bir tanrı yoxdur. Siz isə ancaq iftira edirsiniz.
Sabirə Dünyamalıyeva:
Ad qövmünə qardaşları Hudu elçi göndərdik. O, dedi ki: "Ey qövmüm! Allaha ibadət edin. Sizin üçün Ondan başqa məbud yoxdur. Siz yalançılardan başqa bir şey deyilsiniz.