Nur Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar.
Bünyadov-Məmmədəliyev:
Onların qəlblərində mərəzmi (şəkk, nifaq mərəzimi) var? Yaxud Allahın Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! (Allaha asi olmaqla özləri-özlərinə zülm edirlər!)
Elmir Quliyev :
Неужели их сердца поражены недугом? Или же они сомневаются? Или же они опасаются того, что Аллах и Его Посланник несправедливо осудят их? О нет! Они сами поступают несправедливо!
Ələddin Sultanov:
Onların qəlblərində xəstəlik var, yoxsa şübhə edirlər? Yaxud Allah Peyğəmbərinin onlara haqsızlıq etməsindənmi qorxurlar? Xeyr, onlar əsil zalımlardır.
Kerbelayi Malik ağa:
Onların qəlblərində xəstəlikmi var yoxsa şübhəmi edirlər ya Allahın Onun Rəsulunun onlara qarşı haqsızlıq edəcəyindənmi qorxurlar? Xeyr, onlar zalımlardır.
Ələsgər Musayev:
Ə, qəlblərində onların mərəzmi var, yoxsa şübhə edirlər, yoxsa xoflanırlar ki, Allah Onun rəsulu onları sıxışdırar? Bəli, həmin onlardır zalimlər!
A.Mehdiyev və D.Cəfərli:
Onların qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) var, yoxsa (imandan sonra) şəkk-şübhəyə düşüblər? Yoxsa Allahın Onun Peyğəmbərinin (hakimlik edən zaman) onlara zülm etmələrindən qorxurlar? (Bunların heç biri deyil,) əksinə, onlar (batini nifaqlarına görə) doğrudan da zalımdırlar.
Kövsər Tağıyev:
Qəlblərində bir xəstəlik var, yaxud şübhə tərəddüdə düşüblər? Yaxud Allahın Rəsulunun onlara qarşı zülm haqsızlıq edəcəyindən qorxurlar? Xeyr, məhz onlar əsl zalılmlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların ürəklərində mərəzmi vardır, ya onlar şəkk-şübhəyə düşüblər, yoxsa qorxurlar ki, Allah Onun peyğəmbəri bunları incidə? Əksinə, bunlar özləri haqsızdırlar.
Sabirə Dünyamalıyeva:
Yaxşı, onların qəlblərində bir xəstəlikmi var; onların düşüncəsimi korlanıb? Yoxsa şübhəyəmi düşüblər? Yoxsa Allahın Elçisinin onlara haqsızlıq edəcəyindən qorxurlar? Əksinə, onlar məhz səhv görənlər; öz zərərinə olan əməli işləyənlərdir!