Nəml Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar hiylə qurdular, Biz hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər.
Bünyadov-Məmmədəliyev:
Onlar bir hiylə qurdular. Biz isə özləri bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik.
Elmir Quliyev :
Они замыслили хитрость, и Мы замыслили хитрость, но они не ощущали этого.
Ələddin Sultanov:
Onlar bir hiylə qurdular. Biz özləri fərqinə varmadan onlara bir hiylə qurduq.
Kerbelayi Malik ağa:
Hiylə qurdular. Biz onlar hiss etmədən (onlara) hiylə qurduq.
Ələsgər Musayev:
Onlar məkr etdilər. Biz məkrlərə qarşı tədbirliyik, onlar isə şüursuzdurlar.
A.Mehdiyev və D.Cəfərli:
onlar böyük bir məkr işlətdilər. Biz isə özləri bilmədən böyük məkr işlətdik (tədbir tökdük).
Kövsər Tağıyev:
Onlar bir tədbir gördülər. Onlar fərqində deyilkən biz bir tədbir gördük.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar kələk qurdular, Biz (o kələyə qarşı) elə tədbir gördük ki, heç özləri duymadılar.
Sabirə Dünyamalıyeva:
onlar belə bir hiylə qurdular, şübhəsiz Biz onları, fərqində olmadıqları bir cəza ilə cəzalandırdıq.