Əlixan Musayev:
Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!
Elmir Quliyev
:
Если они не ответят тебе, то знай, что они лишь потакают своим желаниям. А кто может быть более заблудшим, чем тот, кто потакает своим желаниям без верного руководства от Аллаха? Воистину, Аллах не ведет прямым путем несправедливых людей.
Ələddin Sultanov:
Əgər sənə cavab verməzlərsə, bil ki, onlar ancaq öz nəfslərinin arzularına tabe olurlar. Allah tərəfindən göndərilən bir hidayət rəhbərinə uymayıb öz nəfsinin arzusuna uyan kimsədən daha azğın kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Bundan sonra əgər sənə cavab verməzlərsə (sənin hidayətə ərdirmək dəvətinə uymazlarsa), bil ki onlar nəfslərinin həvəslərinə tabedirlər. Allahdan bir hidayətçi olmadan (hidayətçiyə deyil də) öz həvəslərinə tabe olandan daha çox dəlalətdə kim vardır? Şübhəsiz ki, Allah zalımlar qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
?g?r s?n? cavab verm?dil?r, onda bil ki, onlar ancaq tabedirl?r oz ist?kl?rin?. Kimdir z?lil o k?sd?n ki, Allahdan hiday?tsiz olaraq tabe olub oz ist?yin?? H?qiq?t?n, Allah hiday?t etm?z zalim qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz (nəfsi) istəklərinə uyandan daha çox azğın kim ola bilər?! Həqiqətən, Allah zalım tayfanı doğru yola yönəltməz.
Kövsər Tağıyev:
Əgər (bu barədə) sənə cavab verə bilməsələr, bil ki, onlar sadəcə nəfslərinin arzularına uyurlar. Allahdan bir hidayət olmadan öz nəfsinin arzusuna uyandan daha sapqın kim ola bilər? Şübhəsiz, Allah zalımlar qövmünü doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sənə cavab verməsələr, onda bil ki, onlar ancaq öz həva- həvəslərinə uyublar. Allahın düz yolunu qoyub öz həva-həvəsinin ardınca gedəndən daha çox yoldan azmış kim olar? Həqiqətən, Allah haqsız adamlara düz yol göstərməz.
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq əgər sənə cavab verməsələr, bil ki, onlar yalnız öz nəfslərinə uymuşlar. Allah tərəfindən doğru yol göstərən biri olmadan öz nəfsinə tabe olanlardan daha çox azmış [çaşmış, rəzil] kim ola bilər? Həqiqətən Allah şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfaya yol göstərməz.