Əlixan Musayev:
Onlar dedilər: “Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr ancaq Allahdadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər: ) “Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) möcüzə nazil olmadı?” – dedilər. (Ya Rəsulum!) De: “Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
Elmir Quliyev
:
Они говорят: "Почему ему не ниспосланы знамения от его Господа?" Скажи: "Воистину, знамения — у Аллаха, а я — всего лишь предостерегающий и разъясняющий увещеватель".
Ələddin Sultanov:
Onlar: “Rəbbindən ona möcüzələr endirilməli deyildimi?” - dedilər. De ki: “Möcüzələr yalnız Allah dərgahındandır. Mən isə yalnız açıq-aşkar xəbərdar edənəm”.
Kerbelayi Malik ağa:
‘Bəs nə üçün Rəbbindən Ona ayələr (möcüzələr) nazil olmadı?’ dedilər. De ki: ‘Şübhəsiz ki, ayələr (möcüzələr) ancaq Allahın dərgahındadır. Mən yalnız açıq-aşkar bir nəzirəm.’
Ələsgər Musayev:
Dedilər: «Məgər nazil olmalı deyilmi onun üzərinə Rəbbindən ayətlər?» De: «Ayətlər ancaq Allah yanındadır. Həqiqətən, mən, ancaq aşkar nəzərə çatdıranam!»
A.Mehdiyev və D.Cəfərli:
(Kafirlər) dedilər: «Bəs nə üçün ona (Salehin dişi dəvəsi, Musanın əsası və İsanın maidəsi kimi möcüzəli) nişanələr (möcüzələr) nazil olmur?» De: «O ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm».
Kövsər Tağıyev:
Dedilər ki: “Gərək Rəbbindən ona möcüzələr endiriləydi”. De ki: “Möcüzələr ancaq Allah qatındadır və mən isə sadəcə açıq-aşkar xəbərdar edənəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [müşriklər] dedilər: "Barı ona da öz Rəbbindən möcüzələr nazil ediləydi!" De: "Möcüzələr ancaq Allahın dərgahındadır. Mən isə ancaq aydın bir xəbərdarlıq edən, öyüd-nəsihət verənəm."
Sabirə Dünyamalıyeva:
Və onlar, "Ona Rəbbindən işarətlər/nişanələr endirilməli deyildimi?" dedilər. De ki: "İşarətlər/nişanələr ancaq Allahın dərgahındadır. Mən isə ancaq açıq-aşkar xəbərdarlıq edən biriyəm."