Fussilət Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə etdiklərini mütləq xəbər verəcək onlara hökmən ağır bir əzab daddıracağıq.
Bünyadov-Məmmədəliyev:
Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək (dadızdırsaq), mütləq: “Bu elə mənim haqqımdır. Qiyamətin (qiyamət saatının) qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl nemət (Cənnət) gözləyir!” deyər. Biz kafir olanlara (dünyada) etdiklərini mütləq (bir-bir) xəbər verəcək sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq.
Elmir Quliyev :
Если Мы дадим ему вкусить милость от Нас после того, как его коснется несчастье, то он непременно скажет: "Вот это для меня, и я не думаю, что настанет Час. Если же я буду возвращен к моему Господу, то у Него для меня обязательно будет уготовано наилучшее". Мы непременно поведаем неверующим о том, что они совершили, и дадим им вкусить жестокие мучения.
Ələddin Sultanov:
Əgər başına gələn müsibətdən sonra tərəfimizdən ona bir mərhəmət bəxş etsək, o: “Bu mənim haqqımdır, qiyamətin qopacağını da zənn etmirəm. Rəbbimin hüzuruna qaytarılsam belə, əlbəttə, Onun yanında mənim üçün ən gözəl nemətlər vardır”, - deyəcəkdir. Həqiqətən, Biz kafirlərə etdikləri əməlləri xəbər verəcəyik onlara çətin bir əzabı daddıracağıq.
Kerbelayi Malik ağa:
Əgər ona bir zərər toxunduqdan sonra Bizdən bir rəhmət daddırsaq, mütləq ‘Bu mənim (haqqımdır). Mən o saatın (qiyamət saatının) gələcəyini zənn etmirəm. Əgər həqiqətən Rəbbimə döndərilsəm belə, şübhəsiz ki, Allahın dərgahında mütləq mənim üçün gözəlliklər vardır.’ deyər. O zaman kafirlərə əməllərini əlbəttə xəbər verəcəyik. Mütləq dəhşətli əzabdan onlara daddıracağıq.
Ələsgər Musayev:
Əgər Biz daddırsaq ona Öz yanımızdan rəhmət ondan sonra ki, zərər toxunub ona, deyir: «Bu mənim üçündür zənn etmirəm saat yetişə. Əgər mən müraciət etsəm tərəfinə Rəbbimin, həqiqətən, mənim üçün Onun yanında yaxşılıq var!» Biz xəbər verərik o kəslərə ki, kafirdirlər, ilə ki, əməl etdilər daddırarıq onlara qəliz əzabdan.
A.Mehdiyev və D.Cəfərli:
Əgər düçar olduğu zərər-ziyandan sonra ona Öz tərəfimizdən bir rəhmət dadızdırsaq, mütləq deyəcək: «Bu mənə məxsusdur (mənim öz ləyaqətimə görədir onun hasil olmasında istifadəsində heç kəsin əli yoxdur) güman etmirəm Qiyamət qopa. Əgər (birdən) Rəbbimə tərəf qaytarılsam, Onun yanında mənim üçün mütləq gözəl bir həyat olacaqdır.» Buna görə Biz şübhəsiz, küfr etmiş kəsləri əməllərindən xəbərdar edəcək onlara mütləq ağır ağrılı bir əzab daddıracağıq.
Kövsər Tağıyev:
And olsun! Başına gələn bir müsibətdən sonra ona tərəfimizdən bir rəhmət daddırsaq, mütləq: “Bu mənim haqqımdır, qiyamətin qopacağını da güman etmirəm. And olsun, Rəbbimə qaytarılsam, şübhəsiz, Onun yanında mənim üçün daha yaxşı şeylər var”, deyər. And olsun, biz inkar edənlərə etdiklərini mütləq xəbər verəcəyik and olsun, onlara mütləq ağır əzabdan daddıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
And olsun ki, özünə toxunmuş müsibətdən sonra Biz ona Öz mərhəmətimizdən bir şey daddırsaq, o, mütləq deyər: “Bu, mənim üçündür mən qiyamətin qopacağını zənn etmirəm. And olsun ki, əgər mən Rəbbimə qaytarılsam da Onun dərgahında mənim üçün ən yaxşı şeylər vardır". Biz, şübhəsiz ki, kafirlərə tutduqları əməllərin xəbərini verəcək onlara şiddətli əzab daddıracağıq.
Sabirə Dünyamalıyeva:
əgər ona üz verən çətinlikdən sonra dərgahımızdan ona bir mərhəmət daddırsaq, heç şübhəsiz: "Bu mənim haqqımdır. qiyamətin qopma anının gələcəyini güman etmirəm. əgər Rəbbimə qaytarılsam, Onun dərgahında heç şübhəsiz, mənim üçün ən gözəli vardır" deyər. Bu səbəblə kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərə], etdiklərini qəti olaraq bildirəcəyik onlara, mütləq sərt bir cəza daddıracağıq.