Şura Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yaxud hər ikisindən oğlan qız uşaqları verir, istədiyini sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir.
Bünyadov-Məmmədəliyev:
Yaxud hər ikisindən həm oğlan, həm qız verir, istədiyini sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
Elmir Quliyev :
Или же Он сочетает потомство мужского и женского полов, а того, кого пожелает, Он делает бесплодным. Воистину, Он Знающий, Всемогущий.
Ələddin Sultanov:
Yaxud onlara oğlan qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Yaxud həm qız həm oğlan olaraq ikisini verər. Dilədiyi kimsəni sonsuz edər. Şübhəsiz ki, O, Alimdir, Qadirdir.
Ələsgər Musayev:
Ya cütlərlə edir onları kişi qadın. Edir kimi istəsə sonsuz. Həqiqətən, O Alimdir, Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Yaxud da (başqa biri üçün) oğlan qızları birlikdə, bir yerə toplayır. İstədiyini sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir həyata keçirir).
Kövsər Tağıyev:
Yaxud o övladları oğlanlar qızlar olmaqla cüt verər, istədiyi kimsəni sonsuz edər. Şübhəsiz, O, hər şeyi haqqı ilə biləndir, haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud onlara oğlan qız olmaqla qoşa-qoşa (övladlar) verir istədiyi kəsi sonsuz edir. Axı O, hər şeyi biləndir, hər şeyə qadirdir!
Sabirə Dünyamalıyeva:
Yaxud Allah onları oğlan qız olaraq taylaşdırır. Dilədiyini qısır edər. Şübhəsiz ki, O, ən yaxşı bilən, çox güclü olandır.