Əlixan Musayev:
(Padşah qadınlara) dedi: “Yusufu yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah bizdən uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin isə arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır.
Bünyadov-Məmmədəliyev:
(Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar: ) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrudanışanlardandır!”
Elmir Quliyev
:
Он сказал: "Что вы скажете о том, как вы пытались соблазнить Йусуфа (Иосифа)?" Они ответили: "Упаси Аллах! Мы не знаем о нем ничего плохого". Жена могущественного мужа сказала: "Теперь истина прояснилась. Это я пыталась соблазнить его, а он — один из тех, кто говорит правду.
Ələddin Sultanov:
(Kral o qadınlara) dedi: “Yusifi yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?!” Onlar: “Allah eləməsin! Biz onun haqqında pis bir şey bilmirik!” - dedilər. Vəzirin zövcəsi (Züleyxa) dedi: “İndi həqiqət ortaya çıxdı. Mən onu tovlayıb yoldan çıxartmaq istəmişdim. O isə, həqiqətən, doğru danışanlardandır”.
Kerbelayi Malik ağa:
(Hökmdar): ‘Yusiflə yaxınlıq etmək istədiyiniz zaman danışdığınız məsələ nə idi?’ dedi. Onlar (qadınlar) belə dedilər: ‘Haşa, Allah eləməsin, ondan bir pislik görmədik.’ Vəzirin zövcəsi də: ‘İndi haqq ortaya çıxdı. Mən onunla yaxınlıq etmək istədim. Şübhəsiz ki, O sadiqlərdəndir (doğru danışanlardandır).’ dedi.
Ələsgər Musayev:
Dedi: «Onda ki, siz Yusifi öz tərəfinizə
dəvət etdiniz, Yusif sizə nə dedi?» Dedilər: «Həşə lilləh! Biz
ondan pislik bilmirik!» Əzizin arvadı dedi: «Indi haqq aşkar
oldu. Mən onu öz tərəfimə dəvət etdim və həqiqətən, o,
sadiqlərdəndir!»
A.Mehdiyev və D.Cəfərli:
(Şah həmin qadınları çağırtdırdıqdan sonra) dedi: «Yusufdan kam almaq istədiyiniz zaman sizin məqsədiniz nə idi (və bu işə kim başladı)?» Dedilər: «Pakdır Allah! Biz ona qarşı heç bir pislik və günah bilmirik.» Əzizin (fitnənin əsl səbəbkarı olan) zövcəsi dedi: «İndi haqq tamamilə aydın oldu. Ondan kam almaq istəyən mən idim və həqiqətən o, doğruçulardandır».
Kövsər Tağıyev:
Kral qadınlara: “Yusufdan kam almaq istədiyiniz zaman qərəziniz nə idi?” – dedi. Qadınlar: “Əsla! Allah üçün biz onun bir pisliyini bilmirik”, – dedilər. Əzizin arvadı isə: “İndi həqiqət ortaya çıxdı. Mən ondan kam almaq istədim. Şübhəsiz, Yusuf doğru söyləyənlərdəndir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O [hakim] qadınlara dedi: "Məqsədiniz nə idi ki, Yusufu tovlayıb yoldan çıxarmaq istəyirdiniz?" Onlar dedilər: "Aman Allah! Biz onda heç bir pis şey görmədik". Hakimin arvadı dedi: "İndi haqq yerini tutdu. Onu mən tovlayıb yoldan çıxartmaq istədim. Həqiqətən, o, düzünü deyir".
Sabirə Dünyamalıyeva:
Hökmdar: "Yusifin nəfsindən kam almağa çalışdığınız zaman nə olmuşdu?" dedi. Qadınlar: "Tövbə, Allah üçün, biz onun əleyhinə [olacaq] heç bir pislik bilmədik" dedilər.