Əlixan Musayev:
Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır.
Bünyadov-Məmmədəliyev:
Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət (ibrət) vardır!
Elmir Quliyev
:
Неужели им не достаточно того, что Мы ниспослали тебе Писание, которое им читается? Воистину, в этом — милость и напоминание для верующих людей.
Ələddin Sultanov:
Özlərinə oxunan kitabı sənə nazil etməyimiz onlara kifayət deyilmi?! Həqiqətən, bunda iman gətirənlər üçün rəhmət və öyüd vardır.
Kerbelayi Malik ağa:
Onlara oxunmaqda olan Kitabı sənə necə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Şübhəsiz ki, mömin olan bir qövm üçün bunda əlbəttə rəhmət və zikr vardır.
Ələsgər Musayev:
Ə, kafi deyilmi onlara, Biz nazil edirik sənin üzərinə kitabı, tilavat olunur üzərinə onların? Həqiqətən, bunda inanan qoum üçün rəhmət və yad etmə var!
A.Mehdiyev və D.Cəfərli:
Məgər daim oxunmaqda olan bu kitabı sənə nazil etməyimiz (sənə möcüzə nazil olması məsələsində) onlara kifayət etmədimi,? (Və onlar Qur’anın müxtəlif yöndən möcüzələrini görürlər?) Həqiqətən, bu kitabda iman gətirən tayfa üçün rəhmət və öyüd – nəsihət vardır!
Kövsər Tağıyev:
Onlara oxunan kitabı sənə nazil etməyimiz onlara kafi gəlmədimi? Həqiqətən, inanan bir qövm üçün bunda bir rəhmət və bir öyüd var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün bir mərhəmət və öyüd vardır.
Sabirə Dünyamalıyeva:
Onlara oxunan Kitabı həqiqətən Bizim sənə nazil etməyimiz onlara kifayət etmədimi? Bunda, inanan bir qövm üçün əlbəttə ki, bir rəhmət və bir öyüd-nəsihət var.