Əlixan Musayev:
Onlardan istədiyinin (səninlə gecələmək) növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini (yenidən öz yanına almaq) istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah Biləndir, Həlimdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Onlardan (zövcələrindən) istədiyini (istədiyinin səninlə gecələmək növbəsini) təxirə salar, istədiyini də (gecəni onunla keçirmək üçün) öz yanına ala bilərsən. (Bir müddət özündən) ayırdığın (növbəsini təxirə saldığın, yaxud rici talaqla boşadığın) övrətlərindən də istədiyini (yenidən) öz yanına qaytarmaqdan sənə heç bir günah gəlməz. Onların gözlərinin aydın olması (sevinmələri), kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah qəlblərinizdə olanları (kimin daha çox kimə meyl etdiyini) bilir. Allah (hər şeyi) biləndir, həlimdir! (Bəndələrinə cəza verməkdə tələsməz!)
Elmir Quliyev
:
Ты можешь по своему желанию отложить посещение любой из них (жен Пророка), и удержать возле себя ту, которую пожелаешь. Если же ты пожелаешь ту, которую ты прежде отстранил, то это не будет для тебя грехом. Это лучше для того, чтобы глаза каждой из них радовались, чтобы они не печалились и были довольны тем, что ты даруешь им. Аллах знает то, что в ваших сердцах, ибо Аллах — Знающий, Выдержанный.
Ələddin Sultanov:
Onlardan (zövcələrindən) istədiyini təxirə salar, istədiyini də yanına ala bilərsən. Boşadıqlarından istədiyini təkrar yanına almaqda sənə heç bir günah yoxdur. Bu, onların sevinmələri, kədərlənməmələri və hamısının sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlblərinizdə olanları bilir. Allah hər şeyi biləndir, həlimdir.
Kerbelayi Malik ağa:
Onlardan dilədiyini təxirə salarsan, dilədiyini də öz yanına alarsan. Uzaqlaşdırdıqlarından istədiyini (təkrar) yanına almağında bundan sonra sənə günah yoxdur. Bu, onların gözlərinin aydın olması (sevinmələri), onların kədərlənməməsi və bu onların hamısının sənin verdiyin şeylərdən razı olmaları üçün ən uyğundur. Allah qəlblərinizdə olanları bilir. Allah Alimdir, Həlim.
Ələsgər Musayev:
Sən onlardan istədiyin kəsin növbəsini təxirə salıb və
istədiyin kəsi öz yanına ala bilərsən. Hansından ki, kənar
olubsan, yenə öz yanına almaqda sənin üçün günah yoxdur. Bu,
daha münasibdir ki, gözləri aydın olsun və hüznlü olmasınlar
və razı olsunlar nə ki, onlara verirsən və Allah qəlblərinizdə
olanı bilir və oldu Allah Alim, Həlim!
A.Mehdiyev və D.Cəfərli:
(Zövcələrinlə olan rəftarın və vaxtları onlarla bölmək barəsində) onlardan hansını istəsən növbəsini təxirə salar və hansına da istəsən öz yanında yer verərsən. Uzaqlaşdırdığından hansını (yenidən) tələb etsən, sənə heç bir günah yoxdur. Bu, (hökm, onların hamısının ixtiyarı sənin əlində olması) onların gözlərinin işığa gəlməsinə (göz aydınlıqlarına) və qəmgin olmamalarına və onlara verdiyin (növbət)ə hamılıqla razı olmalarına daha yaxındır (uyğundur). (Çünki sənin rəftarının ədalət üzərində və vəhy ilə əlaqədar olduğunu görürlər) və Allah sizin qəlblərinizdəkiləri bilir və Allah həmişə (hər şeyi) biləndir və həlimdir.
Kövsər Tağıyev:
Ey Muhamməd! Bunlardan (xanımlarından) istədiyini buraxarsan, istədiyini də yanına alarsan. Uzaq durduqlarından istədiklərini yanına almaqda da sənə bir günah yoxdur. Bu, onların gözlərinin aydın olması, məyus olmamaları və sənin onların hər birinə verdiyindən razı olmaları üçün daha münasibdir. Allah qəlblərinizi bilir. Allah haqqı ilə biləndir, həlimdir (dərhal cəzalandırmaz, möhlət verər).
M.Qənioğlu və T.Bilaloğlu:
Sən zövcələrindən istədiyin kəsin növbəsini yubada bilərsən, istədiyin kəsi isə öz yanına ala bilərsən. Müəyyən müddətə tərk etdiklərindən hansı birini istəsən, sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri üçün ən əlverişlidir. Axı Allah sizin ürəklərinizdə olanları bilir. Allah hər şeyi biləndir, həlimdir.
Sabirə Dünyamalıyeva:
Onlardan istədiyini təxirə sala, istədiyini də yanına götürə bilərsən. Uzaqlaşdıqlarından, istək hiss etdiyinə qayıtmaqda sənin üçün bir qorxu yoxdur. Onların gözlərinin aydın olması və kədərlənməmələri üçün və sənin onlara verdiklərindən hamısının razı qalması üçün ən münasib olan budur. Allah qəlblərinizdə olanları bilir. Allah, hər şeyi biləndir, çox həlimdir.