Səba Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kaş ki, sən o (kafirləri) qorxuya düşdükləri vaxt görəydin. (Onlar) qaçıb (canlarını) qurtara bilməyəcək (onsuz da )yaxınlıqda ələ keçiriləcəklər.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Sən onları (müşrikləri) bir qorxduqları zaman görəydin! (Nə qəribə mənzərə!) Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri (Cəhənnəmə) yaxın bir yerdə (qəbir evində, yaxud Bədr vuruşunda) yaxalanmışlar.
Elmir Quliyev :
Если бы ты видел, как они будут напуганы. Они не смогут сбежать и будут схвачены поблизости.
Ələddin Sultanov:
Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar. (Təfsirlərdə kafirlərin qorxduqları zaman “ölüm anı”, “qəbirdən dirilib qalxma zamanı” ya “Bədr döyüşünün olduğu vaxt” kimi izah edilmişdir. Yaxın bir yerdə yaxalanmaları da, “torpaqdan məzara”, “məhşər yerindən cəhənnəmə”, yaxud “Bədr döyüşündən sonra Bədr quyularının yanına aparılmaları” kimi izah edilmişdir.)
Kerbelayi Malik ağa:
Onları dəhşətə qapıldıqları zaman bir görsən. Artıq qaçış (qurtuluş) yoxdur. Onlar (cəhənnəmə) yaxın bir yerdən yaxalandılar.
Ələsgər Musayev:
Əgər görsəydin, necə onlar qorxurlar, onda ki, qaçmaq imkanı olmayacaq tutulub saxlanacaqlar yaxın məkanda.
A.Mehdiyev və D.Cəfərli:
Sən onları (müşrikləri kafirləri, ölümdən ya Qiyamətin qopmasından) vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar qaçıb can qurtar a bilməzlər yaxın bir məkandan yaxalanarlar (yerin üzündən onun altına, yaxud yerin altından Qiyamət səhnəsinə doğru, o zaman olduqca təəccüblənərsən).
Kövsər Tağıyev:
Kaş sən onları dəhşətli bir qorxuya qapıldıqları zaman görəydin. Artıq qaçıb qurtulmağa imkan yoxdur onlar yaxın bir yerdən yaxalanmışlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən (onları) qorxuya düşdükləri vaxt görəydin; qaçmağa bir imkanları yoxdur onlar yaxın bir yerdə [qəbrdə] yaxalanıblar.
Sabirə Dünyamalıyeva:
sən onları qorxuya qapıldıqları zaman görəydin; artıq qaçmaq yoxdur. yaxın bir yerdən yaxalanmışlar.