Əlixan Musayev:
Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır.
Bünyadov-Məmmədəliyev:
Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).
Elmir Quliyev
:
Те, которые повинуются Аллаху и Его Посланнику, боятся Аллаха и исповедуют богобоязненность, обрели успех.
Ələddin Sultanov:
Kim Allaha və Onun Peyğəmbərinə itaət edər və Allahdan qorxub çəkinərsə, onlar əsil uğur qazananlardır.
Kerbelayi Malik ağa:
Kim Allaha və rəsuluna itaət etsə və Allaha huşu duyar və Ona qarşı təqva sahibi olsa, o təqdirdə onlar qurtuluşa çatanlardır.
Ələsgər Musayev:
Kim itaət edərsə Allaha və Onun rəsuluna və çəkinərsə Allahdan və təqvalı olarsa Ona – həmin onlardır müvəffəq olanlar!
A.Mehdiyev və D.Cəfərli:
Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, Allahdan qorxsa və Ondan çəkinsə, belələri həqiqətən uğur qazananlardır.
Kövsər Tağıyev:
Kim Allaha və Rəsuluna itaət edər, Allahdan qorxar və Ona qarşı gəlməkdən çəkinərsə, əsl uğura nail olanlar məhz onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha və onun peyğəmbərinə itaət göstərib Allahdan çəkinib qorxanlar uğur qazananlardır
Sabirə Dünyamalıyeva:
Və kim Allaha və Elçisinə itaət edər, Allah qarşısında ehtiram, məhəbbət və elmlə ürpərər və Onun mühafizəsi altına daxil olarsa, bax məhz onlar müvəffəqiyyətə çatanlardır.