Şüəra Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”(– deyə) vəhy etdik.
Bünyadov-Məmmədəliyev:
(Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib ediləcəksiniz!”
Elmir Quliyev :
Мы внушили Мусе (Моисею): "Отправляйся в путь с Моими рабами ночью, ибо вас будут преследовать".
Ələddin Sultanov:
Biz Musaya: “Qullarımla gecə yola çıx! Şübhəsiz ki, siz (Firon ordusu tərəfindən) təqib ediləcəksiniz”, - deyə vəhy etdik.
Kerbelayi Malik ağa:
Musaya (ə.s) ‘Qullarım ilə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.’ deyə vəhy etdik.
Ələsgər Musayev:
Musaya vəhy etdik ki: «Bəndələrimlə gecə vaxtı çıx, həqiqətən, siz təqib olunacaqsınız!»
A.Mehdiyev və D.Cəfərli:
Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».
Kövsər Tağıyev:
Biz Musaya: “Qullarımı gecə vaxtı yola çıxar. Şübhəsiz ki, təqib ediləcəksiniz”, deyə vəhy etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya vəhy etdik: "Bəndələrimi gecə ikən yola çıxar. Şübhəsiz ki, siz təqib olunacaqsınız."
Sabirə Dünyamalıyeva:
Biz Musaya: “Qullarımı gecə vaxtı yola çıxar, şübhəsiz ki, siz təqib edilənlərsiniz” deyə vəhy etdik.