Əlixan Musayev:
Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”.
Bünyadov-Məmmədəliyev:
Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək: ) “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!”
Elmir Quliyev
:
Они скажут: "О горе нам! Кто поднял нас с места, где мы спали?" Это — то, что обещал Милостивый, и посланники говорили правду".
Ələddin Sultanov:
Onlar belə deyəcəklər: “Vay halımıza! Yatdığımız yerdən (qəbirlərimizdən) bizi kim qaldırdı? Bu, Rəhman olan Allahın vəd etdiyidir. Peyğəmbərlər də doğru deyirlərmiş”.
Kerbelayi Malik ağa:
‘Vay halımıza, məzarlarımızdan bizi kim bəas etdi (qaldırdı)? Bu, Rəhmanın vəd etdiyi şeydir. Rəsullar doğru söyləmişlər.’ dedilər.
Ələsgər Musayev:
Deyərlər: «Vay olsun bizə! Kim qaldırdı bizi yatdığımız yerdən? Bu, Rəhmanın vədəsidir və doğru deyirdi mürsəllər!»
A.Mehdiyev və D.Cəfərli:
Deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş».
Kövsər Tağıyev:
Sura üfürülən kimi qəbirlərindən çıxıb Rəblərinə doğru axın-axın gedərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər: "Vay halımıza! Uyuduğumuz yerdən bizi kim qaldırdı? Bu ki Mərhəmətlinin vəd etdiyidir, elçilər doğru deyirlərmiş!"
Sabirə Dünyamalıyeva:
Onlar: "Vay halımıza! Yatdığımız yerdən bizi kim qaldırdı/oyatdı? Bu, Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] vəd etdiyi şeydir. Göndərilən elçilər də doğru söylədilər." deyəcəklər.