Zümər Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyinə onu) azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar hələ bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!
Elmir Quliyev :
Разве они не знают, что Аллах увеличивает или ограничивает удел, кому пожелает? Воистину, в этом знамения для верующих людей.
Ələddin Sultanov:
Onlar Allahın istədiyi kimsənin ruzisini artırdığını, yaxud azaltdığını bilmirlərmi? Şübhəsiz ki, bunda iman gətirənlər üçün ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Onlar Allahın dilədiyinin ruzisini çoxaltdığını dilədiyinin ruzisini azaltdığını bilmirlərmi? Şübhəsiz ki, bunda mömin olan qövm üçün əlbəttə ayələr (ibrətlər, dəlillər) vardır.
Ələsgər Musayev:
Ə, onlar bilmirlər ki, Allah kimə istəyir ruzisini artırır qədərində edir? Həqiqətən, bunda inanan qoum üçün ayətlər var!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar ruzini istədiyi kəs üçün genişləndirən daraldanın Allah olmasını bilməyiblər? Həqiqətən bunda (bu işdə) iman gətirənlər üçün (Allahın qüdrət, tədbir hikmətindən) nişanələr vardır.
Kövsər Tağıyev:
Bilmədilərmi ki, Allah ruzini istədiyinə bol verər (istədiyinə) az verər. Şübhəsiz, bunda inanan bir toplum üçün, əlbəttə, ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar Allahın istədiyi kəsə ruzini artırdığını istədiyi kəsə azaltdığını bilmirlərmi? Həqiqətən bunda iman gətirən adamlar üçün dəlillər vardır.
Sabirə Dünyamalıyeva:
Hələ də, şübhəsiz Allahın istədiyi kimsənin ruzisini artırdığını məhdudlaşdırdığını bilmədilərmi? Şübhəsiz ki, bunda iman gətirən bir tayfa üçün həqiqətən neçə-neçə işarətlər/nişanələr vardır.