Əlixan Musayev:
Ya da mən bu aciz və az qala (sözünü) belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?
Bünyadov-Məmmədəliyev:
Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?!
Elmir Quliyev
:
Разве я не лучше этого презренного, который едва объясняется?
Ələddin Sultanov:
Yoxsa mən sözünü açıq-aydın deyə bilməyən bu aciz adamdan daha xeyirli deyiləmmi?!
Kerbelayi Malik ağa:
Yoxsa mən O, acizdən daha xeyirli (deyiləmmi) ki, O, az qala sözünü də aydın deyə bilmir.
Ələsgər Musayev:
Yoxsa mən xeyirli deyiləm bundan – odur ki, o bir heçdir
və yoxdur az qala bəyanı?
A.Mehdiyev və D.Cəfərli:
«Hətta mən xar və həqir olan və aydın danışa bilməyən bu şəxsdən daha yaxşıyam.» (Firon bu sözləri ilə Musanın dilinin pəltək olmasına işarə edir.)
Kövsər Tağıyev:
“Yoxsa mən bu zavallı, az qala sözünü belə deyə bilməyən bu adamdan daha xeyirli deyiləmmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud mən öz fikrini çətinliklə izah edən bu həqir kimsədən daha xeyirli deyiləmmi?
Sabirə Dünyamalıyeva:
Yaxud mən, bu zavallı kəsdən, az qala məqsədini düz-əməlli izah edə bilməyən bu adamdan daha xeyirli deyiləmmi?