Əlixan Musayev:
Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ”– deyərək onların (Kitab əhli) arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə (bəxş etsin) və ya dərgahından bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar.
Bünyadov-Məmmədəliyev:
Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən (islamın məğlubiyyətindən) qorxuruq”, - deyən görərsən. Amma, ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar.
Elmir Quliyev
:
Ты видишь, что те, чьи сердца поражены недугом, поспешают среди них и говорят: "Мы боимся, что нас постигнет беда". Но, может быть, Аллах явится с победой или своим повелением, и тогда они станут сожалеть о том, что утаивали в себе.
Ələddin Sultanov:
Qəlblərində xəstəlik olan kimsələrin: “Başımıza bir fəlakət gəlməsindən qorxuruq!” - deyərək onlara tərəf qaçışdıqlarını görərsən. Ola bilsin ki, Allah (möminlərə) bir zəfər, yaxud Öz tərəfindən elə bir iş gətirər ki, onlar (münafiqlər) ürəklərində gizlətdikləri şeyə görə peşman olarlar.
Kerbelayi Malik ağa:
Beləcə qəlblərində mərəz (xəstəlik) olanların (yəhudi və xristianları dost tutub) ‘hadisələr (tərsinə) dönərsə, bizə bir müsibət üz verməsindən qorxuruq.’ deyərək onların aralarında vurnuxduqlarını görərsən. Halbuki Allahın dərgahından bir fəth (qələbə) və ya bir əmr verməsi ümid edilir ki, beləcə onlar da öz içlərində gizlətdikləri şeyə peşman olarlar.
Ələsgər Musayev:
Görərsən o
kəsləri ki, qəlblərində mərəz var, onların arasında vurnuxurlar
və deyirlər: «Çəkinirik ki, pislik bizə toxuna». Ola bilsin ki,
Allah gəlsin fəth ilə, ya əmr yanından Onun, nəfslərində olan
sirdən peşman olsunlar.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən. Ümid var ki, Allah (müsəlmanlar üçün) bir qələbə, yaxud Öz tərəfindən bir iş qarşıya çıxarsın (kafirləri başqa yolla həlak etsin) və onlar qəlblərində gizlətdikləri şeyə görə peşman olsunlar.
Kövsər Tağıyev:
Qəlblərində bir xəstəlik (nifaq) olanların: “Başımıza bir fəlakət gəlməsindən qorxuruq”, – deyərək onların arasında gedib-gəldiklərini görərsən. Ancaq Allah yaxın bir fəth və ya qatından bir əmr gətirər və onlar içlərində gizlədikləri şeyə (nifaqa) görə peşman olarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən ürəklərində mərəz olanların [münafiqlərin]: "Qorxuruq ki, başımıza bir müsibət gələ," - deyərək onların [yəhudi və xaçpərəstlərin] arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə və ya Öz tərəfindən bir əmr göndərsin və onlar öz ürəklərində gizlətdikləri niyyətlərdən peşman olsunlar.
Sabirə Dünyamalıyeva:
Bundan sonra qəlblərində xəstəlik olan; zehniyyəti çürük olan kəslərin: "Bizə bir fəlakətin üz verəcəyindən qorxuruq" deyərək, onların içində vurnuxduqlarını görəcəksən. Amma ümid edilir ki [ola bilsin ki], Allah bir fəth [zəfər] gətirsin və ya Öz tərəfindən bir iş ortaya çıxarsın ki, onlar da öz daxillərində gizlətdikləri şeylərdən peşman olsunlar.