Yusif Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhm­­lidir”.
Bünyadov-Məmmədəliyev:
Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”
Elmir Quliyev :
Я не оправдываю себя, ведь душа человека повелевает зло, если только мой Господь не проявит к ней милосердия. Воистину, мой Господь Прощающий, Милосердный".
Ələddin Sultanov:
Mən nəfsimi təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”.
Kerbelayi Malik ağa:
Mən nəfsimi təmizə çıxara bilmərəm. Şübhəsiz ki, nəfs mütləq pis işləri (şərri) əmr edər. Rəbbimin Rəhim əsmasıyla təcəlli etdiyi (nəfslər) xaric. Şübhəsiz ki, Rəbbim məğfirət edəndir (günahları savaba çevirəndir). Rəhimdir (rəhmət nurunu göndərən mərhəmət edəndir).
Ələsgər Musayev:
mən özümü uzaq saymıram. Həqiqətən, nəfs günaha əmr edir, ancaq ki, Rəbbim rəhm edə. Həqiqətən, Rəbbim Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Yusuf yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan mehribandır».
Kövsər Tağıyev:
“Mən nəfsimi təmizə çıxarmıram, çünki Rəbbimin mərhəmət etdiyi xaric nəfs pis işlər görməyi əmr edər. Şübhəsiz, Rəbbim çox bağışlayandır, çox mərhəmət edəndir”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən özümə bəraət qazandırmıram. Rəbbimin rəhmi gəlməsə nəfs (adamı) pis işlərə vadar edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir!"
Sabirə Dünyamalıyeva:
-Bax bu, Yusifin, kimsəsiz bir yerdə mənim ona xəyanət etmədiyimi həqiqətən Allahın xainlərin hiyləsinə bələdçi olmadığını bilməsi üçündür.- mən nəfsimi təmizə çıxartmıram. Şübhəsiz ki, nəfs, pis işləri şiddətlə əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla. Şübhəsiz ki, Rəbbim çox bağışlayandır, çox rəhm edəndir!" dedi.