Qəsəs Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl müsəlman idik!”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
Onlara (Quran) oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş) haqdır. Biz ondan əvvəl müsəlman (təkallahlıq, Allahın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət ibadət edən kəslər) idik!” deyirlər.
Elmir Quliyev :
Когда им читают его, они говорят: "Мы уверовали в него! Это истина от нашего Господа. Мы и прежде были мусульманами".
Ələddin Sultanov:
Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. Həqiqətən, o, Rəbbimizdən gələn həqiqətdir. Bundan əvvəl biz (Allaha) təslim olanlar idik”, - deyərlər.
Kerbelayi Malik ağa:
Onlara (Quran) oxunduğu zaman: ‘Ona iman etdik, şübhəsiz ki, O, Rəbbimizdən haqdır. Biz ondan əvvəl şübhəsiz ki, müsəlman idik (Allaha təslim olanlar idik).’ dedilər.
Ələsgər Musayev:
Onda ki, tilavat olunur uz?rin? onlar?n, deyirl?r: «Biz inand?q onun il?. H?qiq?t?n, o, haqd?r R?bbimizd?n. Biz bundan qabaq t?slim olanlar olduq!»
A.Mehdiyev və D.Cəfərli:
Onlara Qur’an oxunan zaman deyərlər: «Ona iman gətirdik, şübhəsiz, bu bizim Rəbbimiz tərəfindən (nazil) olan həmin haqdır (həqiqətdir), həqiqətən, biz on(un nazil olmasın)dan qabaq (Tövratın İncilin xəbərləri vasitəsilə) İslamı qəbul etmişdik».
Kövsər Tağıyev:
Onlara Qur`an oxunduğu zaman onlar: “Ona iman etdik, həqiqətən, o, Rəbbimizdən gələn haqdır. Şübhəsiz, biz ondan əvvəl müsəlman idik”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, onlar üçün oxunduğu zaman deyirlər: “Biz ona inandıq, axı o, Rəbbimizdən olan haqdır. Biz hələ bundan əvvəl müsəlman [Allaha təslim olan] idik.”
Sabirə Dünyamalıyeva:
onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar, "Biz ona iman gətirdik. Şübhəsiz ki, o, Rəbbimizdən gələn həqiqətdir. Həqiqətən biz, ondan əvvəl müsəlman olmuşduq" dedilər.