Rum Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən korları da düşdükləri zəlalətdən (çıxarıb) düz yola sala bilməzsən. Sən (haqqı) yalnız yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən.
Bünyadov-Məmmədəliyev:
Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar! (Allaha ürəkdən inanıb Ona can-başla itaət edərlər!)
Elmir Quliyev :
Ты не выведешь слепых из их заблуждения. Ты можешь заставить слышать только тех, которые веруют в Наши знамения, будучи мусульманами.
Ələddin Sultanov:
Sən korları da düşdükləri zəlalətdən çıxardıb doğru yola yönəldə bilməzsən. Sən (haqqı) yalnız müsəlman olub ayələrimizə inananlara eşitdirə bilərsən.
Kerbelayi Malik ağa:
Sən korları dəlalətlərindən qurtarıb hidayətə ərdirəcək deyilsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirərsən. Məhz onlar təslim olanlardır.
Ələsgər Musayev:
sən hidayət edə bilməzsən korları öz zəlalətlərindən. Sən eşitdirə bilərsən ancaq o kəsə ki, inanır ayətlərimizlə Bizə onlar təslim olanlardır!
A.Mehdiyev və D.Cəfərli:
sən qəlbləri ölmüş kəsləri öz azğınlıqlarından düz yola yönəldən deyilsən; sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə əsasən) Bizim ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən, buna görə (onlar fitri qabiliyyətlərinə görə Bizim müqabilimizdə) təslimdirlər.
Kövsər Tağıyev:
Sən korları da öz zəlalətlərindən ayırıb doğru yola yönəldə bilməzsən. Sən çağırışı sadəcə ayələrimizə inanıb müsəlman olan kimsələrə eşitdirə bilərsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən korları azdıqları yoldan düz yola yönəldə bilməzsən. Sən ancaq ayələrimizə iman gətirib itaət edənlərə eşitdirə bilərsən.
Sabirə Dünyamalıyeva:
Sən korları da azğınlıqlarından düz yola qaytara bilməzsən. Sən ayələrimizi ancaq iman edəsi olanlara eşitdirərsən; artıq onlar müsəlmandırlar.