Əlixan Musayev:
Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yerdən qeyb haqqında fikir yürüdürdülər.
Bünyadov-Məmmədəliyev:
Halbuki onlar bundan əvvəl onu (Allah kəlamını, yaxud Peyğəmbəri) inkar etmişdilər və uzaq bir yerdən qeybə (qaranlığa daş) atırdılar (qeybə dair bilmədikləri şeylər barəsində danışırdılar).
Elmir Quliyev
:
Они не верили в это прежде и делали предположения из далекого места.
Ələddin Sultanov:
Halbuki daha əvvəl onu inkar edir və uzaq bir yerdən (dünyada) qeyb haqqında fikir yürüdürdülər.
Kerbelayi Malik ağa:
Daha əvvəl onu inkar etmişdilər və uzaq bir yerdən (dəlalətdən) qeybə (söz) atırdılar.
Ələsgər Musayev:
Bir surətdə ki,
qabaqcadan Onun ilə kafir olub və uzaq məkandan qeyb
haqqında müxtəlif fikirlər atırdılar.
A.Mehdiyev və D.Cəfərli:
Halbuki, onlar həqiqətən, bundan öncə onu (Qur’anı və Peyğəmbəri) inkar etdilər. Güman üzündən və görmədən, uzaq bir məkandan (onlara) töhmət oxu atdılar.
Kövsər Tağıyev:
Halbuki daha əvvəl onu inkar etmişdilər və uzaq bir yerdən qeyb haqqında bilmədiklərini danışırdılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bundan əvvəl haqqı inkar etmişdilər və (dünya kimi) uzaq bir yerdən qeyb haqqında fikir yürütmüşdülər.
Sabirə Dünyamalıyeva:
Halbuki daha əvvəl dünyada Onu qəti surətdə bilə-bilə inkar etmişdilər/Ona inanmamışdılar. Uzaq bir yerdən boş-boş danışırdılar.