Fussilət Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?
Bünyadov-Məmmədəliyev:
Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin yerin ətrafında), həm onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!
Elmir Quliyev :
Мы покажем им Наши знамения по свету и в них самих, пока им не станет ясно, что это есть истина. Неужели не достаточно того, что твой Господь является Свидетелем всякой вещи?
Ələddin Sultanov:
Biz (varlığımızı qüdrətimizi göstərən) dəlillərimizi onlara həm kainatda, həm onların özlərində göstərəcəyik ki, onun (Quranın) haqq olduğu onlara aydın olsun. Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?
Kerbelayi Malik ağa:
Ayələrimizi afaqda (ruhumuzun baş gözüylə) ənfüsdə (nəfsimizin qəlb gözüylə) onlara göstərəcəyik. Onun haqq olduğu onlara aydın olsun deyə. Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?
Ələsgər Musayev:
Biz göstərərik onlara ayətlərimizi üfüqdə onların öz nəfslərində, ta bəyan ola onlar üçün, həqiqətən, o haqdır. Ə, kafi deyilmi Rəbbin üçün, həqiqətən, O üzərində külli şeyin Şahiddir?
A.Mehdiyev və D.Cəfərli:
Tezliklə varlıq aləmində (Məkkənin yer üzünün digər üfüqlərində) onların öz vücudlarında Özümüzün (tovhid qüdrət) nişanələrimizi (müsəlmanların həmin əsrdəki zəfərlərini, İslamın gələcəkdə dünyada yayılmasını insanların Allahın onların vücudlarında olan hikmətlərini başa düşmələrini) onlara (Məkkə müşriklərinə tarix boyu olacaq bütün insanlara) göstərəcəyik ki, Onun (Allahın Qur’anın) haqq olması onlara aydın olsun. Məgər Rəbbinin hər şeyə şahid olması (və Onun bütün varlıqlara məlum aşkar olması) kifayət deyil?!
Kövsər Tağıyev:
Varlığımızın dəlillərini həm (kainatdakı ucsuz-bucaqsız) üfüqlərdə, həm öz nəfslərində onlara göstərəcəyik ki, o Qur`anın haqq olduğu onlara tam aydın olsun. Rəbbinin hər şeyə şahid olduğu yetməzmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Bunun [Quranın] haqq olduğu onlara aydın olmayınca Biz dəlillərimizi onlara həm dünyada [xarici aləmdə], həm öz içərilərində [daxili aləmlərində] göstərəcəyik. Sənin Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?
Sabirə Dünyamalıyeva:
Onun haqq olduğu meydana çıxana qədər, həm xarici aləmdə, həm öz bədənlərində işarətlərimizi/nişanələrimizi onlara göstərəcəyik. Rəbbinin şübhəsiz hər şeyə şahid olması kifayət deyilmi?