Ənfal Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu, ona görədir ki, bir camaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin tayfalar Allahın nemətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi nemətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi).
Elmir Quliyev :
Это произошло потому, что Аллах не отменяет милость, которую Он оказал людям, пока они сами не изменяют того, что в их душах. Воистину, Аллах Слышащий, Знающий.
Ələddin Sultanov:
Bu ona görədir ki, bir qövm özlərində olanı (yaxşı xüsusiyyətləri pis xüsusiyyətlərlə) dəyişmədikcə Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Bu ona görədir ki, Allah bir qövmə verdiyi neməti, onlar özlərində olanı dəyişməyincə dəyişdirmir. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
Ələsgər Musayev:
Bu, ona görədir ki, həqiqətən, Allah elə deyil ki, nemətini qeyri etsin, hansı ki, O nemət verib qouma, ta onu qeyri etsin onlar özləri. Həqiqətən, Allah Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə dəyişdirmir (onlardan almır). (Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə çətinliyə doğru dəyişdi, çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə inad etmək istiqamətində dəyişdirdilər.) Şübhəsiz, Allah eşidən biləndir.
Kövsər Tağıyev:
Bu, ona görədir ki, bir qövm özündə olan (yaxşı davranışlar)ı dəyişdirmədikcə Allah onlara verdiyi bir neməti dəyişdirməz şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, ona görədir ki, adamlar ürəklərində olanı dəyişməyincə Allah onlara verdiyi neməti dəyişən deyildir. Axı Allah eşidəndir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Bu, şübhəsiz ona görədir ki, bir qövm özündə olanı dəyişməyincə, Allah o qövmə verdiyi neməti dəyişdirməz şübhəsiz Allah ən yaxşı eşidən, ən yaxşı biləndir.