Əlixan Musayev:
Biz ancaq onu deyə bilərik ki, bəzi tanrılarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam.
Bünyadov-Məmmədəliyev:
Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)”. (Hud) belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!
Elmir Quliyev
:
Мы лишь можем сказать, что один из наших богов причинил тебе зло". Он сказал: "Воистину, я призываю Аллаха в свидетели и прошу вас засвидетельствовать, что я непричастен к тем, кому вы поклоняетесь
Ələddin Sultanov:
Biz ancaq bunu deyə bilərik ki, ilahlarımızdan biri səni yaman pis çarpıb”. Hud dedi: “Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam.
Kerbelayi Malik ağa:
Biz ancaq belə deyərik: ‘Bizim bəzi ilahlarımız, səni bəlaya düçar etdi (çarpdı)’. (Onlara belə) dedi: ‘Mən Allahı şahid tuturam. Sizin şirk qoşduğunuz şeylərdən mənim şübhəsiz ki, uzaq olduğuma şahidlik edin!’
Ələsgər Musayev:
Biz ancaq deyirik ki, bəzi ilahilərimiz sənə pislik edib».
Dedi: «Mən Allahı şahid çağırıram və siz də şahid olun ki, mən
uzağam nədən ki, şərik qoşursunuz,
A.Mehdiyev və D.Cəfərli:
«Biz (sənin barəndə) yalnız bunu deyirik ki, bizim tanrılarımızın bəziləri sənə (ruhi cəhətdən) bir ziyan vurublar». Dedi: «Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin Ona şərik qoşduqlarınızdan uzağam.
Kövsər Tağıyev:
Biz ancaq bunu deyirik: “İlahlarımızdan biri sənə sədəmə toxundurmuşdur”. Hud dedi ki: “Mən Allahı şahid tuturam. Siz də şahid olun ki, mən sizin Allahı buraxıb Ona şərik qoşduğunuz şeylərdən uzağam.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz yalnız onu deyirik ki, səni bəzi tanrılarımız pis bir şeyə mübtəla edib". O dedi: "Mən Allahı şahid çağırıram, siz də şahid olun ki, qoşduqlarınız şəriklərin mənə heç bir dəxli yoxdur,
Sabirə Dünyamalıyeva:
Ancaq 'Tanrılarımızdan bəzisi sənə çox möhkəm xətər toxundurmuşdur‘ deyə bilərik." Hud dedi ki: "Şübhəsiz ki, mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən, Allahın altındakılardan Ona şərik qoşduqlarınızdan uzağam.