Əlixan Musayev:
Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil göndərməmişik.
Bünyadov-Məmmədəliyev:
Rəbbiniz sizi daha yaxşı tanıyar (kimin mömin, kimin kafir olduğunu çox gözəl bilir). İstəsə, sizə rəhm edər, istəsə, əzab verər. Biz səni onlara vəkil göndərməmişik. (Sənin vəzifən yalnız islamı təbliğ etməkdir).
Elmir Quliyev
:
Вашему Господу лучше знать вас. Если Он пожелает, то смилостивится над вами, а если пожелает, то подвергнет вас мучениям. Мы не посылали тебя их попечителем и хранителем.
Ələddin Sultanov:
Rəbbiniz sizi çox yaxşı tanıyır. Əgər diləyərsə, sizə rəhm edər, diləyərsə, sizə əzab verər. Biz səni onlara vəkil (onları iman gətirməyə məcbur edən biri kimi) göndərməmişik.
Kerbelayi Malik ağa:
Rəbbiniz sizi yaxşı bilir. Diləsə sizə rəhmət edər və ya diləsə sizə əzab edər. Səni onlara vəkil olaraq göndərmədik.
Ələsgər Musayev:
Rəbbiniz sizi yaxşı bilir. Əgər O istəsə sizə rəhm edər, ya əgər
istəsə sizə əzab edər və Biz səni onların üzərinə vəkil
göndərmədik.
A.Mehdiyev və D.Cəfərli:
Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə (xeyir əməllərinizə görə və ya Öz geniş rəhmətinin əsasında) sizə rəhm edər, yaxud əgər istəsə (layiq olduğunuza görə) sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik (sənin vəzifən tapşırılan ilahi vəzifəni çatdırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir).
Kövsər Tağıyev:
Rəbbiniz sizi daha yaxşı bilir. (Davranışlarınızdan asılı olaraq) istərsə sizə mərhəmət edər, istərsə əzab verər. Səni də onlara vəkil olaraq göndərməmişik.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbiniz sizi yaxşı tanıyır. O istəsə sizə rəhm edər, yaxud istəsə sizə əzab verər. Biz seni onlara vəkil göndərməmişik.
Sabirə Dünyamalıyeva:
Sizin Rəbbiniz sizi daha yaxşı biləndir. İstəsə, tövbəniz səbəbindən sizə rəhm edər və yaxud diləsə əzab edər. Səni də onlar üçün vəkil [bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən biri] olaraq göndərməmişik.