Əlixan Musayev:
Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik.
Elmir Quliyev
:
Или же они завидуют тому, что Аллах даровал людям из Своей милости? Мы уже одарили род Ибрахима (Авраама) Писанием и мудростью и одарили их великой властью.
Ələddin Sultanov:
Yoxsa onlar Allahın Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Halbuki, Biz İbrahim ailəsinə kitab və hikmət vermiş, onlara böyük bir hökmranlıq bəxş etmişdik.
Kerbelayi Malik ağa:
Yoxsa onlar Allahın fəzlindən (nemətindən) insanlara verdiyi şeylərə həsəd aparırlar? Halbuki Biz Hz. İbrahim ailəsinə (soyuna) kitab və hikmət vermişdik. Onlara ‘böyük mülk ‘verdik.
Ələsgər Musayev:
Yoxsa həsəd aparırlar insanlara üzərində nə ki, əta edib onlara
Allah fəzlindən Onun? Fəqət əta etdik Biz ailəsinə Ibrahimin
kitab və hikmət və əta etdik onlara əzəmətli mülk.
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik.
Kövsər Tağıyev:
Yoxsa Allahın onlara lütf etməsi səbəbi ilə insanları qısqanırlar? Şübhəsiz, biz İbrahim ailəsinə də kitab və hikmət vermişdik. Onlara böyük bir hökmranlıq da vermişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar Allahın Öz mərhəmətindən insanlara bəxş etdiyi şeylərə görə həsəd aparırlar. Biz İbrahim nəslinə Kitab və hikmət bəxş etdik və onlara böyük hökmranlıq verdik.
Sabirə Dünyamalıyeva:
Yoxsa onlar insanları, Allahın onlara verdiyi bəxşiş səbəbindən qısqanırlar? Baxın, şübhəsiz Biz, İbrahim nəslinə də Kitab [vermişdik] və haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və prinsipləri vermişdik. Həm də onlara böyük bir səltənət vermişdik.