Maidə Surəsi 54. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sev-diyi Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!
Elmir Quliyev :
О те, которые уверовали! Если кто-нибудь из вас отступит от своей религии, то Аллах приведет других людей, которых Он будет любить и которые будут любить Его. Они будут смиренны перед верующими и непреклонны перед неверующими, будут сражаться на пути Аллаха и не будут бояться порицания порицающих. Такова милость Аллаха, которую Он дарует, кому пожелает. Аллах Объемлющий, Знающий.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər tənə edənin tənəsindən qorx­mazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Sizdən kim dinindən dönərsə, o zaman Allah onun yerinə (başqa) bir qövm gətirəcək, belə ki, Allah onları sevər onlar da Allahı sevərlər. Möminlərə qarşı daha mülayim (təvazökar), kafirlərə qarşı daha izzətlidirlər (sərt, təmkinli, vüqarlı). Allahın yolunda cihad edərlər. Heç bir qınayanın qınamasından qorxmazlar. Bu Allahın fəzlidir, onu dilədiyinə (lütf edib) verər. Allah Qəyyumdur (fəzli lütfü genişdir), Alimdir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Sizdən kim dinindən dönərsə, Allah elə bir qoum gətirər ki, O sevər onları onlarda Onu sevərlər. Onlar inananlar qarşısında mülayim, kafirlər qarşısında çox qüdrətlidirlər. Allah yolunda çalışıb heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın fəzlidir ki, kimə istəsə, əta edər onu Allah Vəsidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram təvazökar, kafirlərin qarşısında isə qüdrətli qalibdirlər, Allah yolunda cihad edir heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət rəhmət baxımından) geniş biləndir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Sizdən kim dinindən dönərsə, (bilin ki,) Allah onların yerinə elə bir qövm gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı xoşrəftar, kafirlərə qarşı güclü məğrurdurlar. Allah yolunda cihad edərlər. (Bu yolda) heç bir qınayanın qınağından da qorxmazlar. Bu, Allahın bir lütfüdür. Onu istədiyinə verər. Allah lütfü geniş olandır, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər, sizlərdən kim öz dinindən dönərsə, (bilsin ki,) Allah (onu məhv edib əvəzinə) Özünün sevdiyi Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt, Allah yolunda cihad edən heç kimin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın istədiyi kəsə etdiyi lütfdür. Allah genişürəklidir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Sizdən kim dinindən dönsə, bilsin ki, Allah tezliklə möminlərə qarşı mülayim, kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı isə qürurlu sərt bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər; onlar, Allah yolunda səy göstərərlər heç bir tənəçinin tənəsindən qorxmazlar. Bu, Allahın istədiyinə verdiyi bir lütfdür. Allah, elmi mərhəməti geniş sərhədsiz olandır, çox yaxşı biləndir.