Əlixan Musayev:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.
Bünyadov-Məmmədəliyev:
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!
Elmir Quliyev
:
Аллах обещал тем из вас, которые уверовали и совершали праведные деяния, что Он непременно сделает их наместниками на земле, подобно тому, как Он сделал наместниками тех, кто был до них. Он непременно одарит их возможностью исповедовать их религию, которую Он одобрил для них, и сменит их страх на безопасность. Они поклоняются Мне и не приобщают сотоварищей ко Мне. Те же, которые после этого откажутся уверовать, являются нечестивцами.
Ələddin Sultanov:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir.
Kerbelayi Malik ağa:
Allah sizdən amənu olanlara və saleh əməl (nəfsi islahedici əməl) işləyənlərə vəd etdi: ‘Özlərindən əvvəlkiləri yer üzündə xəlifə etdiyi kimi mütləq onları da xəlifə edəcək və onlar üçün razı olduğu dinlərini mütləq möhkəmləndirəcək və onların qorxularını mütləq əmin-amanlığa çevirəcək.’ Mənə qul olarlar, heç bir şeylə (Mənə) şirk qoşmazlar. Bundan sonra kim inkar etsə, məhz onlar fasiqlərdir.
Ələsgər Musayev:
Vəd verdi Allah sizdən o kəslərə ki, inanırlar və əməli salehdirlər, onları ərzdə xəlifə edər, nə qədər, xəlifə etdi o kəsləri ki, onlardan qabaq var idilər və möhkəm etdi onlar üçün dinlərini, odur ki, razıdır onlar üçün və dəyişdirdi onlar üçün sonradan xoflarını əminliyə. Onlar ibadət edəcəklər Mənə şərik qoşmadan bir şeylə. Kim bundan sonra kafir olarsa, həmin onlardır fasiqlər!
A.Mehdiyev və D.Cəfərli:
Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər.
Kövsər Tağıyev:
Allah sizdən iman edib saleh işlər görənlərə, özlərindən əvvəlkilərə hökmranlıq verdiyi kimi onlara da yer üzündə mütləq hökmranlıq verəcəyinə, onlar üçün xoşnud və razı olduğu dinlərini bərqərar edəcəyinə, yaşadıqları qorxularının ardından mütləq onları əmin-amanlığa çıxaracağına dair vəd etmişdir. Onlar mənə qulluq edər və mənə heç bir şeyi şərik qoşmazlar. Artıq bundan sonra kim inkar edərsə, onlar məhz fasiqlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizlərdən iman gətirənlərə və əməlisaleh olanlara vəd etmişdir ki, O, həqiqətən onları özlərindən əvvəlkilər kimi yer üzündə xələflər edəcək, onlar üçün münasib bildiyi dini möhkəmləndirəcək və qorxu çəkdikdən sonra əvəzinə onlara əmin-amanlıq verəcəkdir. Onlar Mənə itaət edərlər, onlar Mənə heç bir şeyi şərik qoşmazlar. Kim bundan sonra küfr edərsə, onlar pozğundurlar.
Sabirə Dünyamalıyeva:
Və Allah sizlərdən iman etmiş və yaxşılaşdırmaq qayəsi ilə əməl işləmiş kəslərə vəd etmişdir ki, onlardan əvvəlkiləri başqalarının yerinə gətirdiyi [onlardan əvvəlkiləri yer üzünün varisləri etdiyi] kimi, onları da başqalarının yerinə gətirəcək [onları da yer üzünün varisləri edəcək], onlar üçün böyənib seçdiyi dini onlar üçün bərqərar edəcək [möhkəmləndirəcək] və onların qorxusunu mütləq əmin-amanlıqla [xatircəmliklə] əvəz edəcək. Onlar Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar. Bundan sonra kim küfr işləsə [Mənim məbud və rəbb olduğumu bilə-bilə inkar etsə/inanmasa], bax məhz onlar yoldan çıxanlardır.