Əlixan Musayev:
Onlardan kimi (Muhəmmədə) iman gətirdi, kimi də ondan üz çevirdi. Yandırıb-yaxan od kimi Cəhənnəm onlara bəsdir.
Bünyadov-Məmmədəliyev:
Onlardan (yəhudilərdən) kimisi ona (İbrahimə, yaxud Muhəmmədə və ya ilahi kitaba) iman gətirdi, kimisi də ondan üz döndərdi. (Üz döndərənlərə) Cəhənnəmin alovlanmış odu kifayət edər!
Elmir Quliyev
:
Среди них есть такие, которые уверовали в него (Мухаммада), и такие, которые отвернулись от него. Довольно того пламени, которое в Геенне!
Ələddin Sultanov:
Onlardan bəzisi ona (İbrahimə) iman gətirdi, bəzisi də ondan üz çevirdi. (Üz çevirənlərə) cəhənnəmin yandırıcı alovu kifayətdir.
Kerbelayi Malik ağa:
Artıq onlardan kimisi Ona iman etdi və onlardan kimisi də Ondan üz çevirdi və (iman etməyənlərə) alovlu atəş olaraq cəhənnəm kifayət edər.
Ələsgər Musayev:
Və
onlardan kim ki, inandı Onun ilə və onlardan kim ki, sədd
çəkdi Ondan. Kafidir cəhənnəm ilə yanmaq!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onların (kitab əhlinin) bəzisi ona (Muhəmmədə-səlləllahu əleyhi və alihi və səlləm) iman gətirdi, bəzisi ondan üz döndərdi və başqalarını da ona iman gətirməkdən saxladı. Alovlanmış od olan Cəhənnəm onlara kifayətdir.
Kövsər Tağıyev:
Beləliklə, onlardan kimisi ona iman etdi, kimisi də üz döndərdi. (O iman etməyənlərə) çılğın atəş olaraq cəhənnəm yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan buna inanan da, bunu rədd edənlər də oldu. Cəhənnəm bir od olaraq kifayətdir.
Sabirə Dünyamalıyeva:
Yəhudilərdən bir qismi ona iman etdi. Bir qisimi də ondan üz çevirdi. Və alovu şölələnən bir atəş olaraq cəhənnəm bəs edər.