Əlixan Musayev:
De: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum) De: “Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!”
Elmir Quliyev
:
Скажи: "Мне запрещено поклоняться тем, к кому вы взываете наряду с Аллахом". Скажи: "Я не стану потакать вашим желаниям. В противном случае я собьюсь с пути и не окажусь в числе следующих прямым путем".
Ələddin Sultanov:
De: “Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmişdir!” De: “Əsla sizin arzularınıza uymaram. Elə olsaydı, (haqq yoldan) azmış olardım və doğru yola yönələnlərdən olmazdım”.
Kerbelayi Malik ağa:
De ki: ‘Şübhəsiz ki, mənə Allahdan başqa dua etdiyiniz şeylərə qul olmaq qadağan edildi.’ De ki: ‘Sizin həvəslərinizə (nəfsinizin afətlərinin istəklərinə) uymaram, əgər uysam, dəlalətdə olmuş olaram və hidayətə ərənlərdən olmaram.’
Ələsgər Musayev:
De: «Mənə qadağan olunub ibadət etmək o kəslərə ki, Allahdan başqasını çağırırsınız». De: «Mən heç vaxt sizin istəklərinizə tabe olmaram. Onda zəlalətdə olub və hidayət tapmaram».
A.Mehdiyev və D.Cəfərli:
De: «Sizin Allahın əvəzinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan olunmuşdur». De: «Mən əsla sizin nəfsi istəklərinizə tabe olmaram ki, onda azmış olar və doğru yolu tapanlardan olmaram.»
Kövsər Tağıyev:
De ki: “Sizin Allahdan başqa ibadət etdiyiniz şeylərə ibadət etməyim mənə qəti olaraq qadağan edildi. Mən sizin arzularınıza tabe olmaram. (Tabe olsam,) o təqdirdə azmış olaram, hidayət tapmışlardan olmaram”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Allahdan başqa üz tutub dua etdiklərinizə ibadət etmək mənə qadağan olunmuşdur". De: “Mən sizin həva-həvəsinizə uymaram, onda mən də yolumu azardım və düz yolla gedənlərdən olmazdım".
Sabirə Dünyamalıyeva:
De ki: "Şübhəsiz ki, sizin, Allahın altındakılardan yalvardıqlarınıza ibadət etmək mənə qadağan edildi." De ki: "Mən, sizin boş, müvəqqəti arzularınıza uymaram. Əgər uysam, azğınlardan olaram və mən, yönləndirildiyim doğru yola çatanlardan olmaram."