Hud Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər üz çevirsəniz, (bilin ki)(,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər siz Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”.
Bünyadov-Məmmədəliyev:
Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi, buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər siz (Ona) heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”
Elmir Quliyev :
Если же вы отвернетесь, то ведь я довел до вашего сведения то, с чем я к вам отправлен. Мой Господь заменит вас другим народом, и вы ничем не навредите Ему. Воистину, Господь мой Хранитель всякой вещи".
Ələddin Sultanov:
Əgər üz çevirsəniz, bilin ki, mənimlə göndəriləni sizə təbliğ etdim. Rəbbim (istəsə,) sizin yerinizə başqa bir qövm gətirər siz Ona heç bir zərər verə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyə nəzarət edir”.
Kerbelayi Malik ağa:
Əgər hələ üz çevirsəniz, beləliklə mən mənə göndəriləni (vəhyi, kitabı) sizə təbliğ etmiş oldum. Rəbbim sizdən başqa bir qövmü sizin yerinizə gətirər (xəlifə edər). siz ona heç bir şeylə zərər verə bilməzsiniz. Şübhəsiz ki, mənim Rəbbim hər şeyi mühafizə edəndir.
Ələsgər Musayev:
Əgər siz üz döndərsəniz, fəqət mən sizə təbliğ etdim onu ki, ilə sizə göndərilmişəm. Rəbbim sizi qeyri qoumla dəyişər siz Ona bir şeylə zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim üzərində külli şeyin Hafizdir!
A.Mehdiyev və D.Cəfərli:
«Beləliklə, əgər üz döndərsəniz, (bilin ki,) mən (çatdırılması) üçün göndərildiyim şeyi sizə çatdırdım. mənim Rəbbim (tezliklə sizi həlak edəcək və) sizin yerinizə sizdən başqa bir qövmü canişin edəcəkdir. Ona heç bir ziyan vura bilməzsiniz. Şübhəsiz, mənim Rəbbim hər bir şeyi qoruyandır».
Kövsər Tağıyev:
“Əgər üz çevirsəniz, bilin ki, mən mənimlə göndəriləni sizə təbliğ etdim. Rəbbim (istərsə,) sizdən başqa bir qövmü sizin yerinizə gətirər siz Ona bir zərər verə bilməzsiniz. Şübhəsiz, Rəbbim hər şeyi qoruyub nəzarətdə saxlayandır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar üz çevirsələr (de:) "Mən ki ilə sizə göndərilmişdim, onu da sizə çatdırdım. Rəbbim sizi başqa bir camaatla əvəz edər, siz isə Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyə nəzarət edəndir!"
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq, yenə üz döndərsəniz, mən sizə ilə göndərilmişəmsə, bax onu təbliğ etdim. mənim Rəbbim, başqa bir qövmü sizin yerinizə gətirər. siz Ona heç bir şəkildə heç bir yolla zərər verə bilməzsiniz. Heç şübhəsiz ki, Rəbbim, hər şeyi qoruyub hifz edəndir."