Kəhf Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbinin ayələri yadına Salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri (günahlarını) unudan adam­­dan daha zalım kim ola bilər? (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəl­­məzlər.
Bünyadov-Məmmədəliyev:
Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə (öz əlləri ilə) etdiyi günahları unudan (əvvəlki günahlarından peşman olub tövbə etməyən) adamdan daha zalım kim ola bilər?! (Bu cür adamlar) onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik (maneə qoyduq). Sən onları doğru yola dəvət etsən belə, onlar əsla haqq yola gəlməzlər (islamı qəbul etməzlər).
Elmir Quliyev :
Кто может быть несправедливее того, кому напомнили о знамениях его Господа, а он отвернулся от них и забыл то, что совершили его руки? Мы накинули на их сердца покрывала, чтобы они не постигли его (Коран), а их уши поражены глухотой. Если даже ты призовешь их на прямой путь, они никогда не последуют прямым путем.
Ələddin Sultanov:
Rəbbinin ayələri özünə xatırladıldığı halda onlardan üz döndərən öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?! Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) verdik. Sən onları hidayət yoluna dəvət etsən də, artıq onlar əsla haqq yola yönəlməyəcəklər.
Kerbelayi Malik ağa:
Rəbbinin ayələri zikr edildiyi (xatırladıldığı) zaman ondan üz çevirən əlləriylə təqdim etdiklərini (günahlarını) unudan kimsədən daha zalım kim vardır? Şübhəsiz ki, Biz onların qəlblərinin üzərinə (idrak etməyə əngəl törədən) pərdə çəkdik. Onların qulaqlarında (eşitməyə əngəl törədən) tıxac vardır. Sən onları hidayətə dəvət etsən bundan sonra onlar əsla hidayətə gəlməzlər.
Ələsgər Musayev:
O kəsdən zalim kimdir ki, Rəbbinin ayətləri ona yad oluna o isə ondan üz döndərə əlləri ilə göndərdiklərini unuda? Biz onların qəlbləri üzərinə örtük saldıq ki, onu anlamayalar qulaqlarına ağırlıq etdik. Əgər sən onları hidayətə tərəf çağırasan, onda əbədən hidayət tapmazlar.
A.Mehdiyev və D.Cəfərli:
Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən Biz, anlamamaları üçün onların qəlbləri üzərinə (daşürəklilik bədbəxtlik) örtüklər(i) çəkdik (batini) qulaqlarında bir ağırlıq qoyduq. Əgər onları doğru yola dəvət etsən, bu hal ilə əsla hidayət olunmazlar.
Kövsər Tağıyev:
Rəbbinin ayələri xatırladılıb sonra onlardan üz döndərən əlləri ilə etdiyini unudandan daha zalım kim ola bilər? Şübhəsiz, biz onu anlamasınlar deyə qəlblərinə pərdələr çəkdik, qulaqlarına da ağırlıqlar qoyduq. Sən onları hidayətə çağırsan da daha onlar əbədiyyən hidayət tapa bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz Rəbbinin ayələri yadına salındıqda onlardan üz döndərən öz əli ilə tutduğu əməlləri unudan kəsdən haqsızı kim ola bilər? Biz onlann ürəklərinə pərdələr qulaqlarına tıxac vurduq ki, bunu anlamasınlar. Əgər sən onlan düz yola çağırsan da, onlar heç vaxt düz yol tapa bilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Rəbbinin ayələri ilə öyüd verilən/xatırladılan, ancaq onlardan qaçıb uzaqlaşan [özlərinin] iki əlinin [əməllərindən] qabaqcadan göndərdiklərini/elədiklərini unudan [tərk edən, nəzərə almayan] kimsədən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Şübhəsiz ki, Biz onların qəlblərinin üzərinə, Quranı yaxşıca anlamalarına mane olan pərdələr çəkdik, qulaqlarında da ağırlıq əmələ gətirdik. Sən onları doğru yola çağırsan da, onlar bu halda əsla yönləndirildikləri doğru yola girməzlər.