Əlixan Musayev:
De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”.
Bünyadov-Məmmədəliyev:
De: “Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. (Mən öz peyğəmbərliyimə görə sizdən heç bir şey istəmirəm, lakin iman gətirmiş bir şəxs malını Allah yolunda sərf etsə, ona da mane olan deyiləm).
Elmir Quliyev
:
Скажи: "Я не прошу у вас за это никакого вознаграждения, кроме того, чтобы желающие встали на путь к своему Господу".
Ələddin Sultanov:
De: “Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Yalnız Rəbbinə doğru bir yol tutmaq istəyən kimsələr olmalarını istəyirəm”.
Kerbelayi Malik ağa:
De ki: ‘Mən sizdən təbliğim üçün bir ücrət (qarşılıq) istəmirəm. Yalnız istədiyim o ki, diləyən kimsə Rəbbinə qovuşduran bir yol tutsun.’
Ələsgər Musayev:
De: «Mən buna görə sizdən əcr istəmirəm, ancaq o kəsi ki, istəyir götürsün Rəbbinin tərəfinə yol».
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində – sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm. (Peyğəmbərin dəvətindən sonra ümmətin ixtiyari şəkildə Allaha tərəf getməsi peyğəmbərliyin muzdudur.)»
Kövsər Tağıyev:
De ki: “Mən bunun əvəzində sizdən, istəyən kimsənin Rəbbinə tərəf yol tutmasından başqa bir muzd istəmirəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən bunun üçün sizdən istəyən kəsin öz Rəbbinə tərəf yol tutmasından başqa heç bir haqq istəmirəm.”
Sabirə Dünyamalıyeva:
De ki: "Mən, buna görə sizdən heç bir muzd istəmirəm. Yalnız və yalnız Rəbbinə tərəf doğru yol tutmaq diləyən kimsələr istəyirəm."