Zuxruf Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: “Siz Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!” ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: “Yəhudilər Üzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz öz bütlərimizin odda yanmasına razıyıq!” deyə sevindilər).
Elmir Quliyev :
А когда приводят в пример сына Марьям (Марии), твой народ радостно восклицает.
Ələddin Sultanov:
Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət İsa anası Həzrət Məryəmlə bağlı məsələnin müzakirə edildiyi bir məclisdə müşriklərdən biri: “Əgər sitayiş edilən İsa, Məryəm, Üzeyir mələklər cəhənnəmdədirsə, biz onlarla birlikdə olmağa razıyıq”, - demişdi. Oradakı müşriklər onun bu sözlərinə gülmüş beləcə, Həzrət Peyğəmbərə istehza etmişdilər. Yuxarıdakı ayə onların bu təkəbbürlü hallarına işarə edir.)
Kerbelayi Malik ağa:
Məryəm oğlu (Hz. İsa) misal verilincə, o zaman sənin qövmün (lağ edərək) səslərini ucaldırdılar.
Ələsgər Musayev:
Amma elə ki, məsəl vuruldu Məryəm oğlundan, onda ki, sənin qoumun ondan sədd çəkdilər
A.Mehdiyev və D.Cəfərli:
Elə ki, Məryəm oğlu (İsa) məsəl çəkildi (Məryəm surəsində tərifləndi) sənin qövmün dərhal ona görə (sənin onun tanrılığı əqidəsini qəbul etməyini güman edib mübahisə dava-dalaş salaraq) ona görə səslərini ucaltdılar.
Kövsər Tağıyev:
Məryəm oğlu İsa məsəl olaraq çəkildikdə, bir görərsən ki, sənin qövmün (səni susduracaq bir dəlil tapdıqlarını zənn edərək) dərhal lağ etməyə başlayarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Məryəm oğlu [İsa] misal çəkiləndə sənin camaatın buna (etiraz əlaməti olaraq) hay-küy salmağa başladı.
Sabirə Dünyamalıyeva:
Mǝryǝm oğlu İsa bir misal olaraq nəql edildikdə, sənin qövmün ondan uzaqlaşıb qaçır.