Kəhf Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları (günahlara) görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını sürətləndirərdi. Lakin onların (öz əzab) vaxtı vardır (O zaman) onlar (Allahın əzabından qaçıb canlarını qurtarmağa) əsla bir yer tapa bilməzlər!
Elmir Quliyev :
Твой Господь Прощающий, Обладающий милосердием. Если бы Он стал наказывать их за то, что они приобрели, то ускорил бы их мучения, но для них назначен срок, и они не найдут от него спасения.
Ələddin Sultanov:
Sənin Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə (dərhal) cəzalandırası olsaydı, əlbəttə, onlara tezliklə əzab verərdi. Ancaq onlar üçün təyin olunmuş bir vaxt vardır. Onlar (əzab gəldiyi zaman) sığınacaq bir yer tapa bilməyəcəklər.
Kerbelayi Malik ağa:
Sənin Rəbbin məğfirət rəhmət sahibidir. Əgər onları qazandıqlarına görə sorğuya çəksəydi əlbəttə onlara əzab verməkdə tələsərdi. Xeyr, onlara vəd edilmiş bir zaman vardır. Onlar Ondan (Allahdan) başqa sığınacaq bir yer əsla tapa bilməzlər.
Ələsgər Musayev:
Sənin Rəbbin Ğəfurdur rəhmət sahibidir. Əgər onları kəsb etdiklərinə görə tutsaydı, onlar üçün əzabı tezləşdirərdi. Bəli, onlar üçün təyin olunmuş vaxt var ki, Ondan başqa pənah yeri tapa bilməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Sənin Rəbbin çox bağışlayan rəhmət sahibidir. Əgər onları (şirk küfr əhlini) kəsb etdiklərinin müqabilində cəzalandırsaydı, onlara əzab verməkdə mütləq tələsərdi. (Lakin tələsmir,) əksinə, onlar üçün (Bədr müharibəsi ya Qiyamət günü kimi) əsla nicat yolu sığınacaq tapmayacaqları bir vəd vaxtı vardır .
Kövsər Tağıyev:
Rəbbin çox bağışlayandır, mərhəmət sahibidir. Əgər etdikləri əməllərə görə onları (dünyada) cəzalandırsaydı, əlbəttə, əzablarını tezləşdirərdi. Xeyr, onlar üçün təyin olunmuş bir gün var ki, (o gün gəldikdə) qurtulmaq üçün heç bir çarə tapa bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbin bağışlayan mərhəmətlidir. Əgər O, onları kəsb etdiklərinə [günahlarına] görə yaxalamaq istəsəydi, onda onlara əzab verilməsini tezləşdirərdi. Lakin onların müəyyən bir vaxtı vardır. Onlar heç vaxt Ondan başqa sığınacaq tapa bilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Bununla birlikdə, sənin rəhmət sahibi Rəbbin çox bağışlayandır. Əgər sənin rəhmət sahibi Rəbbin işlədikləri günahlar üzündən onları dərhal yaxalasaydı, onların əzabını həqiqətən tezliklə verərdi. Əksinə, onlara vəd edilən bir zaman var. Onlar Onun altındakılardan bir sığınacaq əsla tapa bilməzlər.